Dəhşətli qəza 8 gənc faciəli şəkildə həyatını itirdi
16 May 2026, 20:13
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2098
19.12.2025, 16:03
Sosial şəbəkələrdə dini ekstremist materialları yayan, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə təkrar açıq çağırışlar edən 1995-ci il təvəllüdlü Quba sakini Mehrab Dadaşovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com xəbər verir ki, Quba Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
Mehrab Dadaşov məhkəmədə ifadəsində təqsirini etiraf edib.
2020-ci ildən öz istəyi ilə ibadət etməyə başladığını bildirən Mehrab Dadaşov sosial şəbəkədə etdiyi paylaşımlarına görə DTX-yə dəvət edilib. Mehraba əməllərində cinayət tərkibinin əlamətləri olduğu bildirilərək onunla profilaktik söhbət aparılıb:
“Xəbərdarlığa məhəl qoymaraq instaqramda yeni hesab açdım. Terror təşkilatlarının tərkibində döyüşən ekstremistlər, döyüşlərdə istifadə olunan silahlar, eləcə də cihad və cihada çağırış barədə foto-video materialları paylaşdım. Yenidən xəbərdalıq olunsa da, əqidəmdən dönməyəcəyimi bildirdim. İŞİD-ə olan sevgimdən əməlimi düzgün hesab etdim. Əlverişli şərait yaranacağı halda hicrət etməyi və döyüşlərdə iştirak etməyi qərara aldım. Qarabağ uğrunda gedən döyüşlərdə həlak olanları deyil, din uğrunda döyüşlərdə ölənləri şəhid hesab edirəm. Sonradan tutulacağımdan qorxduğum üçün Rusiyanın Rostov şəhərinə getdim. Daha sonra barəmdə axtarış olmadığını düşünərək Qubaya qayıtdım. Bir müddət paylaşım etmədim”.
Məlum olub ki, M.Dadaşov növbəti paylaşımlarında Azərbaycan dövlətini dini dövlət etmək yolunda mübarizəyə dair çağırışlar edib.
“Digərləri ilə birgə cihad etmək, ayağa qalxıb üsyanlar etmək istədim. Hər hansı bir islam dövlətindən dəstək gələcəyi təqdirdə bu arzuya daha tez çatacağımı düşündüm”.
DTX-nin diqqətdə saxladığı və unuduluğunu zənn edən M.Dadaşov ömrünün 8 ilini dəmir barmaqlıqlar arasında keçirəcək.
teleqraf.az
11:06 / 17 May 2026
1
11:02 / 17 May 2026
34
11:00 / 17 May 2026
15
10:56 / 17 May 2026
54
10:52 / 17 May 2026
37
10:49 / 17 May 2026
40
10:44 / 17 May 2026
47
10:42 / 17 May 2026
125
10:40 / 17 May 2026
46
10:38 / 17 May 2026
41
10:36 / 17 May 2026
40
10:31 / 17 May 2026
49
10:29 / 17 May 2026
43
10:26 / 17 May 2026
51
10:23 / 17 May 2026
43
10:20 / 17 May 2026
139
10:18 / 17 May 2026
52
10:16 / 17 May 2026
72
10:13 / 17 May 2026
230
10:12 / 17 May 2026
51
10:10 / 17 May 2026
45
10:07 / 17 May 2026
50
08:30 / 17 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.