Qaynar xətt:

(+99450) 247 90 86

Avqustda növbəti maqnit qasırğası gözlənilir

2018-07/1532979859_maqnit.jpg

CƏMİYYƏT

757

30.07.2018, 23:44

\"\" Avqustun 20-i Yer kürəsində beş ballıq şkala ilə birinci dərəcəli maqnit qasırğası baş verəcək.
Oxu24.com-un məlumatına görə, bununla əlaqədar avqustun 17-i və 21-i Yerin maqnit qatının həyəcanlaşması gözlənilir. Qeyd olunur ki, birinci dərəcəli maqnit qasırğaları kosmik aparatların idarəetmə sisteminə cüzi təsirlər göstərə bilər. Xatırladaq ki, iyul ayının 23-də birinci dərəcəli maqnit qasırğası qeydə alınmışdı. Bundan əvvəl 2018-ci ildə maqnit qasırğaları iyunun 28-i və mayın 6-7-i Yeri əhatə edib. Ən güclü maqnit qasırğası isə aprelin 20-i qeydə alınıb.