Abort etdirən qadın həyatını itirdi
13 Dekabr 2025, 14:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
742
13.12.2025, 12:16
Bu gün filologiya elmləri doktoru,professor Nərgiz Paşayevanın doğum günüdür.
Oxu24.com Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz Paşayevanı doğum günü münasibəti ilə təbrik edir,ona şəxsi həyatında və iş fəaliyyətində uğurlar arzu edir.
Ziyalı nəslin övladı olan Nərgiz Paşayevanı yaxından tanıyaq.
Nərgiz Arif qızı Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olub. 1968-1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb.1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olub və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
1983-cü ildə əyani aspiranturaya qəbul olmuş və “Sabirin novatorluğu” adlı dissertasiya işini müdafiə edərək 23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994-2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının “Dil və ədəbiyyat” kafedrasının müdiri vəzifəsində çalışıb.
2004-cü ildə “Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)” doktorluq dissertasiyasını müdafiə edib, 11 fevral 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülüb.
2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləyib.
2006-cı ildən BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının sədri, 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
23 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 2886 saylı sərəncamı ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olunmuş, 2009-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinin “Klassik Azərbaycan ədəbiyyatı” kafedrasının müdiridir. 30 iyun 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2 may 2017-ci ildə AMEA-nın həqiqi üzvü, 8 iyun 2018-ci ildə AMEA-nın vitse-prezidenti, 27 fevral 2019-u ildə akademik V.Sadovniçinin təqdimatına əsasən, Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilib.
18 noyabr 2008-ci ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Rusiya Beynəlxalq elmi və mədəni əməkdaşlıq Mərkəzi tərəfindən Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində göstərdiyi xidmətlərə görə “Dostluqda göstərdiyi xidmətlərə görə” nişanı ilə təltif olunub, Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə 2011-ci ilin aprel ayında YUNESKO-nun “Mədəniyyətlərin müxtəlifliyinə görə” medalı ilə təltif olunub.
Rusiya Federasiyasının Prezidenti D. Medvedevin 20 aprel 2011-ci il tarixli 483 saylı Sərəncamına əsasən Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafında və xaricdə rus incəsənətinin təbliğində göstərdiyi xidmətlərə görə Rusiya Federasiyasının ali dövlət mükafatı – “Dostluq” ordeni ilə, Macarıstan Prezidenti Pal Şmidtin 11 mart 2012-ci tarixli Sərəncamı ilə 30 aprel 2012-ci ildə Macarıstanın dövlət mükafatı “Xidmətlərə görə” Komandor xaç ordeni ilə, 2012-ci ildə “Ticarət, kommersiya və sənaye Avropa iqtisadi palatası”nın (“European Chamber of Trade, Commerce and İndustry – EEİG”) Qızıl ordeni ilə, Azərbaycan və Fransa əməkdaşlığının inkişafında göstərdiyi aramsız fəaliyyətinə görə 2013-cü ildə zabit dərəcəli “Akademik Palma” fransız ordeni ilə təltif olunmuş, 26 yanvar 2015-ci ildə Moskva Dövlət Universitetinin fəxri professoru diplomuna, 19 aprel 2017–ci ildə Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görülüb.
25 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət ordeni” ilə təltif olunub.
Həmçinin oxuyun
Nərgiz xanım müsahibələrini birində belə deyir: "Mən 1983-cü ildən - ali məktəbi bitirdiyim ildən işləyirəm. Filologiya fakültəsini qırmızı diplomla bitirmişəm. Məni Universitetdə dərs demək üçün saxladılar. Əvvəl assisent, sonra müəllim, daha sonra baş müəllim oldum. 26 yaşında mən artıq elmlər namizədi idim. Daha sonra dosent, kafedranın professoru, prorektor nəhayət, rektor oldum. Amma işləmək, iki körpə uşaqla mühazirə oxumaq asan deyildi. Çox yorulurdum". Belə başlanan ömür yolunun elmi fəaliyyəti zaman ötdükcə öz bəhrəsini verməyə başlayır.
O, ilk azərbaycanlı alimdir ki, 2012-ci ildə Böyük Britaniyanın İcmalar Palatasının “Çörçil” zalında, 2013-cü ildə isə Oksford Universitetində “Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi” adlı məruzələrlə çıxış edib. Elə həmin il Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin təşəbbüskarı kimi Oksford Universitetinin Şərqşünaslıq Departamentində Memorandum imzalayıb.
Akademik Nərgiz Paşayeva babaları – Mir Cəlal kimi görkəmli yazıçının, milli mətbuatın cəfakeşi olan professor Nəsir İmanquliyevin müdrikliyinə, valideynləri – “Harada ki, sülh var, xeyir var, məhəbbət var, orada Allahın özü var” – deyən professor Aida İmanquliyevanın, Milli Aviasiya Akademiyasının qurucu rektoru akademik Arif Paşayevin genetik kodlarına möhkəm bağlıdır. Böyük bir soyun daşıyıcısı olan Nərgiz xanımın müəllim, alim, ictimai xadim kimi çoxşaxəli fəaliyyətində əldə etdiyi nailiyyətlərin kökündə bu amillər dayanır.Nərgiz Paşayeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bacısıdır.
Nərgiz Paşayevanın həyat yoldaşı, tanınmış rəssam Altay Sadıqzadədir.
Professor Nərgiz Paşayevanın iki qız övladı var. Aida Mahmudova və Ülviyyə Rəhmanova evlidirlər.
Ülviyyə Rəhmanova “Nargis” nəşriyyat evinin baş redaktorudur.

Ülviyyə Mahmudovanın Nadiyya adlı qızı və Arif adlı oğlu var.
Aida Mahmudova “YARAT” incəsənət mərkəzinin təsisçisidir.O,evlidir.Sürəyya adlı qızı var.
Hər iki xanım Azərbaycanda ictimai tədbirlərdə fəal iştirak edirlər.
Hazırladı: Mircəlal Oxu24.com saytının baş redaktoru
14:28 / 13 Dekabr 2025
1
14:22 / 13 Dekabr 2025
9
14:12 / 13 Dekabr 2025
80
13:14 / 13 Dekabr 2025
380
13:07 / 13 Dekabr 2025
185
12:58 / 13 Dekabr 2025
104
12:08 / 13 Dekabr 2025
86
11:44 / 13 Dekabr 2025
66
11:30 / 13 Dekabr 2025
74
11:09 / 13 Dekabr 2025
832
11:07 / 13 Dekabr 2025
375
10:25 / 13 Dekabr 2025
1051
09:15 / 13 Dekabr 2025
854
09:06 / 13 Dekabr 2025
533
08:45 / 13 Dekabr 2025
126
08:37 / 13 Dekabr 2025
152
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1099
00:01 / 13 Dekabr 2025
739
23:20 / 12 Dekabr 2025
664
23:12 / 12 Dekabr 2025
126
22:41 / 12 Dekabr 2025
16132
22:05 / 12 Dekabr 2025
160
21:58 / 12 Dekabr 2025
3428
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.