Əhaliyə şad xəbər: 700 mindən çox vətəndaşın maaşı artacaq
03 Fevral 2026, 16:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
890
31.01.2020, 00:03
Qoç - təxribatlara uymayın, yalanlara aldanmayın. Bədxahlar sadəlövhlüyünüzdən yararlana bilərlər. Manipulyasiyalar və intriqalar toruna düşə bilərsiniz. Hər addımınızı yüz ölçüb bir biçin. İlk baxışda gözə dəyən qərarların əksəriyyətinin dürüst olmadığını anlayın.
Buğa -İşdə həmkarlarınızla çoxsaylı fikir ayrılıqları stress və əsəbə səbəb ola bilər. Günün ikinci yarısında evlə bağlı problem sürətlə həllini tapacaq. Yaxınlarınızla asanlıqla dil tapın. Dəyər verdiyiniz insanları sevindirməyə tələsin. Yeni hisslərə başlamaq üçün münasib zamandır. İntuisiya sizi aldatmayacaq. Etibarınıza layiq insanla tanış olun.
Əkizlər - bir sıra problemləri həll etməyə və əvvəllər hazırladığınız planları reallaşdırmağa imkan verən gündür. Nəyi niyə etdiyinizi yaxşı anlayın ki, kobud səhvlərə yol verməyəsiniz. Yeniliyi tez əxz edin. Fəlsəfənin bəzi müddəalarını indi gerçək həyata tətbiq edə bilərsiniz.
Xərçəng - günün ilk yarısında mühüm işə başlamayın. Bu dövrdə təməli qoyulan proseslər sonradan qənaətbəxş nəticələr verməyəcək. Müttəfiq axtarışlarınız konkret nəticə verməyəcək. Sərt tənqidlərə əl atmayın, aqressiv davranmayın. Əks cins mənsubu ilə münaqişə ehtimalı artır. Sözlərinizə kəskin reaksiya verilir.
Şir - bilik, bacarıq və təcrübənizdən yararlanın. Bu gün əldə etdiyiniz yeni informasiya yaxın perspektivdə işlərin sürətləndirilməsinə əlavə təkan verəcək. Günün ikinci yarısında çalışdığınız insanlar arasında tam etibar edə biləcəyiniz şəxsi müəyyənləşdirin. Çətinliklərə rəğmən irəliləyin, iradəli olun.
Qız - peşəkar fəaliyyətinizlə bağlı planların həyata keçirilməsi üçün əlverişli zamandır. İş yerində mühit əlverişlidir. Layihələrinizdən biri ilə rəhbərliyi tanış edə bilərsiniz. Yeni işə sərmayə yatırmaq, anlaşma, müqavilənin imzalanması, danışıqlar üçün münasib zamandır. Maddi durumun yaxşılaşdırılması, gəlir mənbələrinin səbatlaşdırılması və daha çox pul qazanmaq üçün səyləriniz effektiv olmalıdır.
Həmçinin oxuyun
Tərəzi - illüziyalardan qurtularaq real işlərlə məşğul olmağa başlayın. Verdiyiniz vədləri unutmayın. Ciddi məqsədləri müəyyənləşdirərək priorietlərdə yerdəyişmələr edə bilərsiniz. Xəyallara qapılmayın, realist olun. Önəmli insanların etibarından sui-istifadə etməyin.
Əqrəb - günün ilk yarısı əlverişlidir. İşlərdə böyük uğurlar əldə edə bilərsiniz. İşgüzar danışıqlarda mövqelərinizi qoruyun. Tərəfdaşlar və nüfuzlu insanlar ilk əvvəl sizinlə razılaşmasalar da, sonradan mövqeyinizi qəbul edəcəklər. Yaradıcılıq potensialınız yüksəkdir. Bilik və bacarıqlarınızı nümayiş etmək imkanlarını əldən verməyin.
Oxatan - mürəkkəb, qarışıq gündür. Yaşanacaq olaylar sizə dərs ola bilər. Biznes layihənin reallaşdırılması üçün əlverişli gündür. Yeni planlar qurmaq, yaranmış situasiyanı dəqiq dəyərləndirmək, rəqiblərin səhvlərindən yararlanmaq zamanıdır. İmkanlarınız və qüvvənizdən artıq işlər görməyə çalışmayın. İllüziyalara qapılmayın, fantaziyaların qurbanı olmayın.
Oğlaq - Maliyyə itkiləri, uğursuz anlaşma, cərimə təhlükəsi var. Borc vermək məsləhət deyil. Borc ala bilərsiniz. Günün ikinci yarısında bütün uğursuzluq və çətinlikləri ürəyinizə salmayın. Fikrə düşməyin, bədbinləşməyin.
Dolça - başladığınız işləri başa vurmağa çalışarkən mühüm anlarla məqamları nəzərdən qaçırmayın. Formalaşan şərtlərin diqtə etdiyi addımları atmazdan əvvəl düşünün. Emosiyalarınıza hakim olun. Diqqətli davranın, rəqiblərin istəklərinə fikir verin. Onların sözlərinin ikinci mənasını anlamağa çalışın.
Balıqlar - yetərincə çətin gündür. Çox işləməli, yanlışlıqların fəsadlarını aradan qaldırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları, mübahisələr yaranacaq. Rütbəyə, vəzifəyə, tutduğu mövqeyə baxmadan insanları sərt tənqid etməyin. Əks təqdirdə, özünüzə çox güclü düşmən qazanacaqsınız.
16:25 / 03 Fevral 2026
17
16:20 / 03 Fevral 2026
267
16:05 / 03 Fevral 2026
36
16:00 / 03 Fevral 2026
35
15:34 / 03 Fevral 2026
89
15:19 / 03 Fevral 2026
237
15:13 / 03 Fevral 2026
71
15:09 / 03 Fevral 2026
197
14:38 / 03 Fevral 2026
198
14:27 / 03 Fevral 2026
62
14:25 / 03 Fevral 2026
53
14:14 / 03 Fevral 2026
1395
14:06 / 03 Fevral 2026
71
13:49 / 03 Fevral 2026
62
13:48 / 03 Fevral 2026
78
13:08 / 03 Fevral 2026
1881
13:01 / 03 Fevral 2026
84
12:48 / 03 Fevral 2026
71
12:44 / 03 Fevral 2026
70
12:37 / 03 Fevral 2026
71
12:32 / 03 Fevral 2026
461
12:27 / 03 Fevral 2026
147
12:17 / 03 Fevral 2026
602
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.