Qaz limitinin həddi artırılacaq? - AÇIQLAMA
27 Yanvar 2026, 22:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
761
15.12.2019, 17:06
Azərbaycanlı gənc xanım Nigar Mövsümlü ABŞ-ın Harvard Universitetindəki Harvard Biznes Məktəbində (HBS) magistr dərəcəsinə qəbul olunub.
"Oxu24.com" modern.az-a istinadən xəbər verir ki, Nigar Mövsümlü Qarabağ döyüşlərində batalyon komandiri olmuş İlyas Hüseynovun qızıdır. Bu barədə ehtiyatda olan polkovnik Nazim Bayram bildirib:
“Xocavənd batalyonun komandiri olmuş rəhmətlik İlyas Hüseynovun övladı Nigar Mövsümlünün Harvard Universitetinin magistraturasına qəbulu xəbəri qəlbimizi fərəh və qürur hissi ilə doldurdu!
Nigar Mövsümlü eyni zamanda, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq işində beynəlxalq gənclər və tələbə meydançalarında daim fəaldır.
Komandirin ruhu şad olsun. Onun həyat və mübarizə yolunun layiqli davamçısı, Azərbaycanımızın fəxri, qızımız Nigara daha böyük nailiyətlər arzu edirəm!”.
Nigar İlyas qızı Mövsümlü 10 avqust 1993-ü ildə anadan olub. İlk ali təhsilini Qafqaz Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə alan Nigar təhsilini Türkiyənin Hacəttəpə Universitetində davam etdirib. 2014-2017-ci illərdə Deloitte Audit ve Konsaltinq şirkətində Auditor/Konsultant, 2017-ci ildən hal-hazıra kimi “Unilever” istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə müdir müavini vəzifəsində çalışıb. Nigar Mövsümli həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür.
Qeyd edək ki, Nigar Mövsümlünün atası mərhum komandir İlyas Hüseynov Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun qardaşıdır.
İlyas Mövsüm oğlu Hüseynov Xocavənd batalyonunun komandiri, ikinçi qrup Qarabağ müharibəsi əlilidir. 1961-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub.
1992-ci ilin yanvar ayında İlyas Hüseynov Muğanlı kəndində yaradılan ilk rəsmi bölüyün komandiri təyin olunub və 6 yanvar 1992-ci ildə Qarakənd kəndi istiqamətində ermənilərin hərbi bazalarının ləğv olunması ilə nəticələnən, 11 və 16 yanvar tarixlərində ermənilərin Qaradağlı kəndinə hücumlarının qarşısının alınması məqsədi ilə keçmiş Martuni (Xocavənd) şəhərində aparılan döyüş əməliyyatlarının əsas təşkilatçısı və iştirakçılarından biri olub.
Həmçinin oxuyun
14 avqust və 16 avqust 1992-ci ildə Xocavənd Plotəpə yüksəkliyi uğrunda aparılan və uğurla başa çatdırılan döyüş əməliyyatlarında məhz İlyas Hüseynovun batareyasının köməyi ilə erməni ordusunun 10-larla əsgəri məhv edilib, 1 T-72 tankı, 2 ədəd minaatanı sıradan çıxarılıb.
Onun rəhbərlik etdiyi batareya düşmənə bir neçə dəfə ağır zərbə vurub.
26 yanvar 1994- cü il tarixdə Nərgiztəpə uğrunda gedən döyüşlərdən sonra böyük itkilər bahasına olsa da, Xocavənd rayonunun, Dağlıq Qarabağın kiçik bir hissəsi işğaldan azad olunur.
10 aprel 1994-cü ildə Ali Baş Komandan Heydər Əliyev cəbhə xəttinə gəlir və İlyas Hüseynovun rəhbərlik etdiyi taborun müdafiə rayonunda olur, əsgərlər qarşısında çıxış edir və onların xidmətlərini yüksək qiymətləndirir, əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırır.
İlyas Hüseynov sonrakı müddətdə ermənilərlə döyüşlərdə bir neçə dəfə yaralanıb.
1994-cü ildə ağır kontuziya alması səbəbindən səhhəti İlyas Hüseynova hərbi qulluğunu davam etdirməyə imkan verməyib və II qrup Qarabağ müharibəsi əlili kimi ehtiyata çıxıb.
İlyas Hüseynov Qarabağ döyüşlərdində aldığı yaralar səbəbilə 2006-cı il aprel ayının 14-də 45 yaşında dünyasını dəyişib.
22:15 / 27 Yanvar 2026
27
22:14 / 27 Yanvar 2026
1
22:08 / 27 Yanvar 2026
72
21:54 / 27 Yanvar 2026
41
21:48 / 27 Yanvar 2026
33
21:30 / 27 Yanvar 2026
52
21:18 / 27 Yanvar 2026
1404
21:10 / 27 Yanvar 2026
64
20:57 / 27 Yanvar 2026
50
20:49 / 27 Yanvar 2026
97
20:48 / 27 Yanvar 2026
58
20:44 / 27 Yanvar 2026
50
20:26 / 27 Yanvar 2026
59
20:19 / 27 Yanvar 2026
88
20:14 / 27 Yanvar 2026
93
20:09 / 27 Yanvar 2026
333
20:05 / 27 Yanvar 2026
74
19:58 / 27 Yanvar 2026
117
19:45 / 27 Yanvar 2026
79
19:42 / 27 Yanvar 2026
643
19:36 / 27 Yanvar 2026
71
19:28 / 27 Yanvar 2026
76
19:27 / 27 Yanvar 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.