Qaynar xətt:

(+99450) 247 90 86

Bu rayonların qaz təchizatında fasilə yaranacaq - FOTO

CƏMİYYƏT

924

24.09.2019, 18:32

\"\" Bu gün Gəncə şəhərinin və Neftçala rayonun bir hissəsinə qaz verilişində məhdudiyyət olacaq.
Bu barədə Oxu24.com \"Azəriqaz\" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, bu gün səhər saat 09:00-dan bir neçə orta təzyiqli qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi işləri icra ediləcək. \"Gəncə şəhər-1\", \"Maşınqayırma\", \"Gəncə şəhər-2\", \"Avtozavod\" orta təzyiqli qaz xətlərində və \"Bağmanlar\" ölçü qovşağında aparılacaq işlər zamanı Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.
Bundan başqa, saat 10:00-dan etibarən Neftçala rayonunun Surra kəndi istiqamətində yeni çəkilmiş diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı rayonunun bir neçə yaşayış məntəqəsində qaz olmayacaq.