Qaynar xətt:

(+99450) 247 90 86

Bayramdan sonra ucuz ət gözləyənlərə PİS XƏBƏR

Bayramdan sonra ucuz ət gözləyənlərə PİS XƏBƏR

CƏMİYYƏT

56

25.11.2026, 18:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni il bayramı ərəfəsində ərzaq məhsullarına, xüsusilə ətə tələbatın artması qiymətlərin yüksələcəyi ilə bağlı gözləntiləri artırıb. İstehlakçıları maraqlandıran əsas məsələlərdən biri isə bayram günlərində baş verə biləcək bahalaşmanın müvəqqəti olub-olmayacağı və qiymətlərin bayramdan sonra əvvəlki səviyyəyə qayıdıb-qayıtmayacağıdır.

Oxu24.com xəbər verir ki, Media-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, Yeni il ərəfəsində ətin qiymətində müşahidə oluna biləcək artım bir neçə günlük, müvəqqəti xarakter daşıya bilər.

Onun sözlərinə görə, bayram ərəfəsində, eləcə də Novruz bayramı öncəsi qiymət artımları müşahidə oluna bilər. Lakin əsas məsələ ətin qiymətinin ümumi və davamlı şəkildə bahalaşmasıdır.

İqtisadçı qeyd edib ki, bayramlarla və ya konkret hadisələrlə əlaqədar yaranan qiymət artımları adətən müvəqqəti olur və bayram başa çatdıqdan sonra aradan qalxır.

X.Kərimli vurğulayıb ki, ətin qiymətindəki ümumi bahalaşma isə yalnız bayramlarla əlaqəli deyil və gələn il də davam edəcək:

“Bayramla bağlı qiymət artımı müvəqqəti, 3-5 günlük ola bilər. Amma ümumilikdə ətin qiyməti gələn il də bahalaşacaq. Ondan sonrakı ildə də bu proses davam edəcək. Yəni bahalaşma davamlı xarakter daşıyacaq”.

İqtisadçı ətin qiymətinin davamlı artmasının səbəbləri ilə bağlı əvvəlki açıqlamasının da olduğunu qeyd edərək, həmin müsahibəni təqdim edə biləcəyini bildirib.