Qaynar xətt:

(+99450) 247 90 86

Xəzər rayonunda gecə evlərdən oğurluq edən şəxs saxlanılıb 

Xəzər rayonunda gecə evlərdən oğurluq edən şəxs saxlanılıb 

CƏMİYYƏT

52

25.11.2026, 15:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Xəzər rayonunda fərdi yaşayış evindən 2 min manat dəyərində elektrik naqilləri və mis boru oğurlanıb.

Oxu24.com  xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli tərədən 25 yaşlı E. Eynili saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, E. Eynili axşam saatlarında məhəllələri gəzərək işığı yanmayan evləri seçirmiş. Evdə heç kimin olmadığını güman etdikdə içəri girir, sata biləcəyi əşyaları götürürmüş. Onun həmin evdən götürdüyü elektrik naqillərini və digər əşyaları sonradan satdığı məlum olub.

Saxlanılan şəxsin eyni üsulla rayondakı digər evlərdən də oğurluq etdiyi müəyyənləşdirilib. Faktlarla bağlı araşdırma davam etdirilir.