Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda daha 18 nəqliyyat vasitəsi özəlləşdirilib 

Azərbaycanda daha 18 nəqliyyat vasitəsi özəlləşdirilib 

CƏMİYYƏT

48

25.11.2026, 16:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 18 nəqliyyat vasitəsi satılıb.

Oxu24.com  quruma istinadən xəbər verir ki, hərracda start qiyməti 5 000 manat olan "Nio ET 5" markalı avtomobil 18 000 manata, ilkin qiyməti 13 000 manat olan "Toyota Camry" markalı avtomobil isə 18 300 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 1, 8, 15 və 22 dekabrda keçiriləcək. Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.