Qaynar xətt:

(+99450) 247 90 86

Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub 

Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub 

CƏMİYYƏT

44

25.11.2026, 17:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlu itkin düşüb.

Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri şəxsin axtarışlarına cəlb olunub. Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.