Qaynar xətt:

(+99450) 247 90 86

Lukaşenko Belarusda ondan sonra kimin prezident olacağına aydınlıq gətirib 

Lukaşenko Belarusda ondan sonra kimin prezident olacağına aydınlıq gətirib 

DÜNYA

51

25.11.2026, 14:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belarus Prezidenti Aleksandr Lukaşenko özündən sonra ölkənin dövlət başçısının xalq tərəfindən seçiləcəyini bildirib.

“Belta” xəbər verir ki, Lukaşenko bunu “Le Point”a müsahibəsində deyib.

Lukaşenko kiçik oğlu Nikolay Lukaşenkonun gələcək prezidentliyə namizəd olması ehtimalını da istisna edib. Onun sözlərinə görə, 22 yaşlı oğlu hazırda hərbi xidmətdədir və Konstitusiyaya əsasən prezident seçilə bilməz.

“O, obyektiv, ağıllı və çox ciddi oğlandır. Amma onu prezidentliyə hazırlamıram. Nə böyük oğlumu, nə ortancıl oğlumu, nə də kiçik oğlumu”, - Belarus lideri qeyd edib.

Lukaşenko yaxın vaxtlarda prezident postunu tərk etməyi planlaşdırmadığını da bildirib.