Tədbirə gedən müğənni qəfil xəstəxanaya aparıldı
25 Noyabr 2026, 15:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
47
25.11.2026, 16:15
Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Böyük Britaniyada milyonlarla funt sterlinq dəyərində daşınmaz əmlaka sahib olması barədə məlumatlar yayılıb.
Oxu24.com xəbər verir ki, bu barədə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli sosial media hesabında məlumat yayıb.
O bildirib ki, 81 yaşlı Yaqub Eyyubov 2003-cü ildən – 23 ildir ki, Baş nazirin birinci müavini vəzifəsini tutur. Oğlu Orxan Eyyubov isə 14 il ərzində İngiltərədə ümumi alış qiyməti 10 milyon funt sterlinqə çatan 17 daşınmaz əmlak əldə edib.
İddiaya görə, əmlakların alışı Orxan Eyyubovun benefisiarı olduğu “New Canada Capital Ltd” şirkəti vasitəsilə həyata keçirilib.
Cavanşir Həsənlinin açıqladığı siyahıda Böyük Britaniya əmlak reyestrindəki qeydiyyat nömrələri və bir sıra obyektlərin alış qiymətləri də yer alıb.
Həmin əmlakların siyahısı belədir:
- 19 High Street, Ashford – 340 min funt sterlinq (K596906);
- 345 Upper Richmond Road West, London – 400 min funt sterlinq (SGL334743);
- 212 Upper Richmond Road, Putney – 395 min funt sterlinq (154970);
- 1 Horse Fair, Banbury – 2 milyon 200 min funt sterlinq (ON19304);
- 2 Horse Fair, Banbury – 300 min funt sterlinq (ON19304);
- 16 Market Square, Buckingham – 385 min funt sterlinq (BM278250);
- 1 High Street, Banbury – 300 min funt sterlinq (ON214032);
- 36 və 37 Market Place, Wisbech – 465 min funt sterlinq (CB130369);
- 287 New Kings Road, London – alış qiyməti açıqlanmayıb (LN61810);
- 1–1A Camden Walk, London – alış qiyməti məlum deyil (NGL876938);
- Unit 2, 14 Norfolk Street, King's Lynn – 350 min funt sterlinq (NK272884);
- 123 High Street, Sevenoaks – 317 min 500 funt sterlinq (K287740);
- 37 Wigmores North, Welwyn Garden City – 336 min funt sterlinq (HD231446);
- 18–20 The Drapery və digər vahidlər, Northampton – qiyməti açıqlanmayıb (NN268452);
- 72 High Street, Winchester – 725 min funt sterlinq (HP472535);
- 29–30 High Street, Windsor – qiyməti açıqlanmayıb (BK406820).
Jurnalistin məlumatına əsasən, sonuncu ünvanda yerləşən bina əvvəllər “Barclays Bank”ın istifadəsində olub, hazırda isə burada “Indelibly Windsor” fəaliyyət göstərir.
Paylaşımda həmçinin “New Canada Capital Ltd” şirkətinin 2026-cı il göstəricilərinə əsasən, idarə etdiyi aktivlərin ümumi dəyərinin 17 milyon funt sterlinqdən çox olduğu qeyd edilib.
16:05 / 25 Noyabr 2026
66
15:59 / 25 Noyabr 2026
143
15:41 / 25 Noyabr 2026
387
15:32 / 25 Noyabr 2026
152
15:30 / 25 Noyabr 2026
107
15:26 / 25 Noyabr 2026
97
15:22 / 25 Noyabr 2026
90
15:19 / 25 Noyabr 2026
97
15:10 / 25 Noyabr 2026
151
15:03 / 25 Noyabr 2026
187
14:58 / 25 Noyabr 2026
98
14:57 / 25 Noyabr 2026
112
14:33 / 25 Noyabr 2026
108
14:30 / 25 Noyabr 2026
131
14:29 / 25 Noyabr 2026
101
14:21 / 25 Noyabr 2026
112
14:03 / 25 Noyabr 2026
478
14:02 / 25 Noyabr 2026
135
14:00 / 25 Noyabr 2026
140
13:56 / 25 Noyabr 2026
132
13:47 / 25 Noyabr 2026
116
13:45 / 25 Noyabr 2026
120
13:27 / 25 Noyabr 2026
847
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.