İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
19 Noyabr 2026, 16:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
62
19.11.2026, 16:02
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Oxu24.com FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 29B ünvanında fəaliyyət göstərən “İnterturan” mebel mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Məlum olub ki, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, obyektdə taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanqlarla təmin edilməyib, köçürmə yolları müxtəlif materiallarla tutulub, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Qeyd olunub ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, “İnterturan” mebel mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
16:18 / 19 Noyabr 2026
1
16:15 / 19 Noyabr 2026
22
16:10 / 19 Noyabr 2026
37
16:08 / 19 Noyabr 2026
38
15:59 / 19 Noyabr 2026
53
15:56 / 19 Noyabr 2026
379
15:54 / 19 Noyabr 2026
83
15:47 / 19 Noyabr 2026
126
15:45 / 19 Noyabr 2026
58
15:41 / 19 Noyabr 2026
72
15:33 / 19 Noyabr 2026
428
15:31 / 19 Noyabr 2026
64
15:27 / 19 Noyabr 2026
67
15:11 / 19 Noyabr 2026
71
15:11 / 19 Noyabr 2026
97
15:01 / 19 Noyabr 2026
78
14:45 / 19 Noyabr 2026
99
14:32 / 19 Noyabr 2026
98
14:26 / 19 Noyabr 2026
124
14:15 / 19 Noyabr 2026
103
14:11 / 19 Noyabr 2026
95
14:03 / 19 Noyabr 2026
116
13:53 / 19 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.