Qaynar xətt:

(+99450) 247 90 86

Büdcədən NK-ya 45 milyon ayrılır 

Büdcədən NK-ya 45 milyon ayrılır 

CƏMİYYƏT

87

06.11.2026, 15:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Nazirlər Kabinetinin saxlanılmasına 2026-cı illə müqayisədə 33,4% çox - 45,166 milyon manat vəsait ayrılacaq.

Oxu24.com  Teleqraf-a istinadla xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Belə ki, həmin vəsaitin 39,322 milyon manatı əməyin ödənişinə, 5,12 milyon manatı malların (iş və xidmətlərin) satın alınmasına, 510 min manatı sosial ödənişlərə, 215 min manatı isə qeyri-maliyyə aktivlərinə yönəldiləcək.