Siyəzəndə üç azyaşlı kanala düşdü, ikisi xilas edildi
28 Noyabr 2026, 20:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
378
06.11.2026, 12:56
“Omid” Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib.
Oxu24.com-un əldə etdiyi məlumata görə, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər.
Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki “Omid Gəncə-3” mağazasının müdirini satılan mallardan əldə edilən pulları mənimsəməkdə ittiham ediblər.
Onlar bu məsələ ilə bağlı mağaza müdirini döyüb, müxtəlif vasitələrlə hədə-qorxu gələrək şirkətə vurduğu ziyana görə 88 min manat pul tələb ediblər.
Fotoda: Rəhman Məmmədovla Tərlan Qasımzadə

Zərərçəkmiş şəxsin polisə şikayətindən sonra şirkət rəhbəri Rəhman Məmmədov və işçisi Tərlan Qasımzadə saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə) maddəsi ilə ittiham irəli sürülüb, dünən axşam hər ikisi barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Omid” təmir, inşaat və məişət əşyalarının topdan və pərakəndə satışı üzrə Azərbaycanda ən böyük mağazalar şəbəkələrindən biridir. Şirkətin Bakı, Gəncə, Sumqayıt şəhərlərində və rayonlarda 100-ə yaxın filialı var.qafqazinfo
20:57 / 28 Noyabr 2026
32
20:40 / 28 Noyabr 2026
68
20:24 / 28 Noyabr 2026
80
20:16 / 28 Noyabr 2026
96
20:04 / 28 Noyabr 2026
90
19:43 / 28 Noyabr 2026
101
19:36 / 28 Noyabr 2026
99
19:20 / 28 Noyabr 2026
97
19:08 / 28 Noyabr 2026
109
18:59 / 28 Noyabr 2026
123
18:48 / 28 Noyabr 2026
109
18:35 / 28 Noyabr 2026
111
18:30 / 28 Noyabr 2026
112
18:16 / 28 Noyabr 2026
136
17:43 / 28 Noyabr 2026
128
16:40 / 28 Noyabr 2026
175
16:35 / 28 Noyabr 2026
146
16:07 / 28 Noyabr 2026
147
15:49 / 28 Noyabr 2026
639
15:41 / 28 Noyabr 2026
243
15:07 / 28 Noyabr 2026
253
14:55 / 28 Noyabr 2026
187
14:38 / 28 Noyabr 2026
347
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.