İlham Əliyev və xanımı Cəbrayılda..- Foto
06 Noyabr 2026, 16:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
92
06.11.2026, 15:05
Xəzər dənizinin adının yenidən nəzərdən keçirilməsini və hökumətin dənizin rəsmi adını "Kaspian" olaraq təsdiqləməsini təklif edirəm”.
Bunu İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arif deyib.
Xəzər dənizinin adının yenidən nəzərdən keçirilməsi və rəsmi olaraq "Kaspian" kimi təsdiqlənməsi barədə İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arifin səsləndirdiyi təklif regional səviyyədə müzakirələrə yol açıb.
İran rəsmisinin bu təklifi beynəlxalq müstəvidə birmənalı qarşılanmamalıdır, çünki Xəzər dənizi ilə bağlı 2018-ci ildə imzalanmış memoranduma əsasən Xəzər hövzəsi ölkələri arasında bu məsələ öz əksini tapmışdır.
Azərbaycan bu məsələyə təmkinlə və normal yanaşmalıdır, çünki bu, ilk növbədə İranın daxili mövqeyinə uyğun bir təşəbbüsdür.
Bununla belə, hər hansı bir ad dəyişikliyi yalnız bir ölkənin deyil, Xəzər hövzəsində yerləşən bütün dövlətlərin ortaq mövqeyi və konsensusu əsasında müzakirə oluna bilər. Rəsmi Bakı üçün əsas prioritet Xəzərin adının qorunması ilə yanaşı, beynəlxalq hüquqi prinsiplərə, ticarət qaydalarına və dövlətlərarası razılaşmalara tam hörmət olunmasıdır.
Politoloq Ramiyə Məmmədova: "Azərbaycan bu məsələdə gərginlik yaratmağa məcbur deyil"
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Ramiyə Məmmədova bildirib ki, İran tərəfinin irəli sürüldüyü təklif birmənalı qarşılanmamalıdır və bu cür məsələlər birtərəfli qaydada həll edilə bilməz:
"Birincisi, bu məsələ heç də birmənalı olaraq qarşılanmamalıdır. Buradakı məsələ beynəlxalq ad kimi qiymətləndirilə bilər. Xəzər həm Xəzər millətinin, xalqının adına, həm də Kaspi millətinin adına görə nitqləndirilir. Bu o demək deyil ki, beynəlxalq sənədlərdə bu, “Kaspi” olaraq keçməlidir”.
O qeyd edib ki, əgər bu adın dəyişdirilməsi məsələsi gündəmə gətirilirsə, burada təkcə Azərbaycan və ya İran deyil, hövzədə yerləşən digər ölkələrin də fikirləri nəzərə alınmalıdır:
"Ancaq buna qalmış olsa ki, bunu dəyişdirilməsinə İranın təklif elədiyi kimi, burada tək Azərbaycan və ya İranın verdiyi təklifdən ibarət deyil. Burada digər Xəzər hövzəsində olan ölkələrin hər birinin bu məsələyə birmənalı olaraq fikir bildirilməsidir və bu fikrin üzərində də gedilməsidir. Bu gün hələ beynəlxalq ingilisdilli məlumatlarda “Kaspi” olaraq keçir, amma normaldır, “Xəzər” olaraq keçməsi də normaldır”.
Azərbaycanın mövqeyinə gəldikdə isə, Ramiyə Məmmədova hesab edir ki, rəsmi Bakı təmkinli davranmalı və digər dövlətlərin də mövqelərini nəzərə alaraq ümumi konsensus çərçivəsində addım atmalıdır:
"O ki qaldı Azərbaycan buna necə fikir bildirməlidir? Qeyd eydiyim kimi, Azərbaycan bunu normal qarşılamalıdır. Çünki o, İranın özünə uyğun bir məsələdir, İran orada öz fikrini söyləyə bilər, ancaq beynəlxalq müstəvidə digər dövlətlərin də fikirləri qeyd olunaraq, onların da fikirləri nəzərə alınaraq bu məsələni qaldırıb, bu məsələ ilə bağlı hansısa bir rəy və yaxud da ki fikir formalaşdırmaq mümkün ola bilər.
Onun sözlərinə görə, burada Azərbaycan üçün əsas məsələ həm dənizin adının qorunması, həm də beynəlxalq prinsiplərin hər birinə uyğun bütün ölkələr tərəfindən beynəlxalq prinsiplərə, ticarət prinsiplərinə hörmət olunmasıdır ki, bu da əsas məsələ olaraq Azərbaycanın bu gün qarşısındadır. Çünki Azərbaycan bu məsələdə gərginlik yaratmaq məcburiyyətində deyil və yaxud da ki yaratması doğru deyil. Çünki o zaman başqa İranla olan məsələlərdə artıq gərginliyin də yaşanmasına ehtiyac qalmır.
Sonda politoloq əlavə edib ki, geosiyasi baxımdan beş dövlətin həm geosiyasi, həm də iqtisadi baxımdan böyük məsuliyyəti var və Xəzərlə bağlı bütün proseslər məhz ortaq konsensus əsasında tənzimlənməlidir:
"Geosiyasi baxımdan beş dövlətin beşi də həm geosiyasi, iqtisadi baxımdan böyük bir məsuliyyət daşıyır. Yəni Xəzərdə baş verən bütün hadisələrə bu dövlətlərin nəzarəti və bu da dövlətin ortaq konsensusundan irəli gələn məsələlərdən hər şey həll olunur. Ona görə də bugün ilk olaraq hər ölkənin qarşısında duran məsələ adının dəyişdirilməsindən çox, iqtisadi, siyasi, geosiyasi baxımdan Xəzərdə gedən prosesləri iqtisadi və siyasi baxımdan hansı dividendlərin alınması daha məqsədəuyğun və daha birinci olaraq üzə çıxmalıdır”.
Çimnaz Telmanqızı
16:22 / 06 Noyabr 2026
1
16:17 / 06 Noyabr 2026
54
16:02 / 06 Noyabr 2026
73
15:54 / 06 Noyabr 2026
85
15:50 / 06 Noyabr 2026
97
15:43 / 06 Noyabr 2026
100
15:32 / 06 Noyabr 2026
83
15:21 / 06 Noyabr 2026
89
15:14 / 06 Noyabr 2026
86
15:13 / 06 Noyabr 2026
87
15:00 / 06 Noyabr 2026
565
14:58 / 06 Noyabr 2026
134
14:50 / 06 Noyabr 2026
90
14:43 / 06 Noyabr 2026
83
14:37 / 06 Noyabr 2026
109
14:30 / 06 Noyabr 2026
103
14:23 / 06 Noyabr 2026
104
14:13 / 06 Noyabr 2026
98
14:08 / 06 Noyabr 2026
109
13:57 / 06 Noyabr 2026
98
13:53 / 06 Noyabr 2026
134
13:46 / 06 Noyabr 2026
138
13:44 / 06 Noyabr 2026
691
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.