Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
06 Noyabr 2026, 13:21
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
99
06.11.2026, 13:57
8 Noyabr - Zəfər Günü münasibətilə Laçın rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində "Böyük qayıdışın Zəfər bayramı" adlı konsert proqramı təşkil olunub.
Oxu24.com xəbər verir ki, Zəfər Gününə həsr edilən konsert proqramı Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi və "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ-nin təşkilatçılığı ilə baş tutub.
Konsert proqramından əvvəl tədbir iştirakçıları Laçın şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə əklil və gül dəstələri düzülüb.
"Lacinema" kino mərkəzində keçirilən tədbirdə çıxış edən Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfərin xalqın yaddaşında xüsusi yer tutduğunu vurğulayıb.
Qeyd edilib ki, bu Zəfər gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi və milli qürur hissinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Tədbirin rəsmi hissəsindən sonra Zəfər Gününə həsr olunmuş geniş konsert proqramı təqdim edilib.




16:22 / 06 Noyabr 2026
1
16:17 / 06 Noyabr 2026
54
16:02 / 06 Noyabr 2026
73
15:54 / 06 Noyabr 2026
85
15:50 / 06 Noyabr 2026
97
15:43 / 06 Noyabr 2026
100
15:32 / 06 Noyabr 2026
83
15:21 / 06 Noyabr 2026
89
15:14 / 06 Noyabr 2026
86
15:13 / 06 Noyabr 2026
87
15:05 / 06 Noyabr 2026
90
15:00 / 06 Noyabr 2026
565
14:58 / 06 Noyabr 2026
134
14:50 / 06 Noyabr 2026
90
14:43 / 06 Noyabr 2026
83
14:37 / 06 Noyabr 2026
109
14:30 / 06 Noyabr 2026
103
14:23 / 06 Noyabr 2026
104
14:13 / 06 Noyabr 2026
98
14:08 / 06 Noyabr 2026
109
13:53 / 06 Noyabr 2026
134
13:46 / 06 Noyabr 2026
138
13:44 / 06 Noyabr 2026
691
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.