10 gün iş OLMAYACAQ
26 Noyabr 2026, 16:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
322
04.11.2026, 20:41
Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Rusiya Federasiyasının fövqəladə hallar naziri general-polkovnik Aleksandr Kurenkov, Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski, Özbəkistan Respublikası fövqəladə hallar nazirinin birinci müavini polkovnik Sanjar Zuparov, Qırğız Respublikası fövqəladə hallar nazirinin müavini polkovnik Almazbek Asanov, Federasiyanın üzvü olan ölkələrin komandaları və nümayəndə heyətləri, yarışın hakimləri, digər yerli və xarici qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının əsas hakimlər kollegiyasının üzvləri və iştirakçı ölkələrin komandalarının təntənəli keçidi olub.
Azərbaycan Respublikasının Dövlət Bayrağı və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının bayrağı meydana gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Federasiyanın Himni səsləndirilib.
Mərasimdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb. Nazir Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin qlobal miqyasda nüfuzlu bir idman dövlətinə çevrildiyini bildirib. Son illərdə ölkədə beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturunun qurulması, idmanın müxtəlif növlərinin inkişafına göstərilən ali diqqət və qayğı sayəsində idmançılarımız ən mötəbər turnirlərdə, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında yüksək nailiyyətlər qazanaraq üçrəngli bayrağımızı ucaldırlar. Eyni zamanda, Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü idman mərkəzi kimi tanınır.
Nazir Bakıda keçirilən bu çempionatın yanğınsöndürmə və xilasetmə idmanının inkişafına, müxtəlif ölkələrin müvafiq qurumları arasında peşəkar əlaqələrin genişlənməsinə və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyini qeyd edib.
Nazir Kəmaləddin Heydərov qarşıdakı yarışların yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcəyinə, eyni zamanda iştirakçılar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi baxımından əlverişli imkanlar yaradacağına əminliyini ifadə edib. O, yanğın və xilasetmə idmanının inkişafının sağlam həyat tərzinin təbliğinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artırılmasına mühüm töhfə verdiyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Sonra Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Federasiyanın direktoru Andrey Kalinin və baş hakim Aleksandr Klitonçik çıxış edərək Azərbaycanda dünya çempionatının yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirib, yarışın keçirilməsi üçün yaradılmış şəraiti və görülmüş təşkilati işləri yüksək qiymətləndirdiklərini vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı açıq elan olunub.
Mərasimdə ölkəmizin zəngin tarixi və mədəniyyətini tərənnüm edən, eləcə də dünya çempionatına həsr olunmuş videoçarxlar nümayiş olunub, Azərbaycanın milli musiqi və rəqs nümunələrindən ibarət bədii proqram təqdim edilib.
Daha sonra çempionatın proqramına uyğun olaraq hücum nərdivanı ilə qalxma növü üzrə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib.
16:40 / 26 Noyabr 2026
1
16:38 / 26 Noyabr 2026
21
16:23 / 26 Noyabr 2026
88
16:15 / 26 Noyabr 2026
71
16:08 / 26 Noyabr 2026
81
16:01 / 26 Noyabr 2026
79
15:58 / 26 Noyabr 2026
87
15:49 / 26 Noyabr 2026
86
15:44 / 26 Noyabr 2026
83
15:40 / 26 Noyabr 2026
89
15:34 / 26 Noyabr 2026
100
15:27 / 26 Noyabr 2026
107
15:15 / 26 Noyabr 2026
617
15:10 / 26 Noyabr 2026
115
15:09 / 26 Noyabr 2026
110
15:01 / 26 Noyabr 2026
106
14:54 / 26 Noyabr 2026
117
14:50 / 26 Noyabr 2026
104
14:45 / 26 Noyabr 2026
118
14:30 / 26 Noyabr 2026
605
14:28 / 26 Noyabr 2026
139
14:25 / 26 Noyabr 2026
132
14:21 / 26 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.