Qaynar xətt:

(+99450) 247 90 86

Kəmaləddin Heydərov Rusiya ilə müqavilə İMZALAYIR

Kəmaləddin Heydərov Rusiya ilə müqavilə İMZALAYIR

CƏMİYYƏT

78

04.11.2026, 13:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərə gəlib.

Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) sosial şəbəkələrdəki məlumatında bildirilib.

Səfər çərçivəsində Aleksandr Kurenkov Azərbaycanın fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevin müşayiəti ilə Fəxri xiyabanı ziyarət edərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanındakı abidənin önünə gül dəstələri qoyub.

Bu gün Bakıda Azərbaycan və Rusiyanın fövqəladə hallar nazirləri Kəmaləddin Heydərov və Aleksandr Kurenkov arasında görüş keçiriləcək. Görüşün yekunları üzrə tərəflər 2029-cu ilədək olan dövr üçün birgə fəaliyyət planı imzalamağı planlaşdırırlar.

Həmçinin A.Kurenkovun Azərbaycanın Baş naziri Əli Əsədovla da görüşü planlaşdırılır.

Bundan başqa, rusiyalı nazir yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatının açılış mərasimində iştirak edəcək.