Qaynar xətt:

(+99450) 247 90 86

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

CƏMİYYƏT

73

26.10.2026, 22:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şamaxı rayonunun Göylər kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçasının açılışı olub.

Oxu24.com  xəbər verir ki, oktyabrın 26-da açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Qonaqlar körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Körpələr evi-uşaq bağçasının inşasına Heydər Əliyev Fondu tərəfindən 2025-ci ildə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, qrup otaqları əyani vəsaitlərlə tam təchiz edilib.

Həyətyanı sahədə söhbətgahlar, uşaq əyləncə qurğuları ilə təmin edilmiş meydança inşa olunub.

Yüz altmış uşaq yerlik körpələr evi-uşaq bağçasında qızlar və oğlanlar üçün yataq otaqları, qrup otaqları, musiqi və gimnastika zalları, mətbəx, yeməkxana, tibb və digər inzibati və texniki otaqlar yaradılıb.

Körpələr evinin həyətyanı sahəsində abadlıq və yaşıllaşdırma işləri aparılıb, asfalt və qazon örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Məktəbəqədər təhsil müəssisəsinin müdiri Aygün Mikayılova bildirib ki, 7 750 nəfər sakini olan kənddə 55 nəfərlik köhnə uşaq bağçası var. Lakin təmirsiz və yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən yenisi inşa olundu. Körpələr evi-uşaq bağçası 3 qrupdan ibarətdir: 2-3 yaş, 3-4 yaş və 4-5 yaş. Məktəbəqədər təhsil müəssisəsinin 17 nəfərlik heyəti var ki, onlardan 12-si texniki, 5-i isə pedaqoji işçidir.