Qaynar xətt:

(+99450) 247 90 86

Alma sirkəsi arıqladır?

Alma sirkəsi arıqladır?

CƏMİYYƏT

65

26.10.2026, 22:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Alma sirkəsinin arıqlamağa və iştahanı azaltmağa kömək etdiyi tez-tez iddia olunur. Bəs elmi araşdırmalar bu fikri təsdiqləyirmi?

Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim Fərhad Burzu bildirib ki,2007-ci ildə aparılan tədqiqatda 12 həftə ərzində alma sirkəsi qəbul edən iştirakçılarda təxminən 0,9–1,8 kq çəki azalması və triqliserid səviyyəsində azalma müşahidə edilib.

2018-ci ildə 39 iştirakçının qatıldığı araşdırmada da çəki azalması qeydə alınıb. Lakin bunun alma sirkəsindən, yoxsa azaldılmış kalorili pəhrizdən qaynaqlandığı hələ tam aydın deyil.

Həkimin sözlərinə görə,iştahaya təsirinə gəlincə, 2013-cü il tədqiqatında toxluq hissinin ürəkbulanma ilə əlaqəli ola biləcəyi bildirilib. 2022-ci il meta-analizi isə uzunmüddətli təsiri təsdiqləyən kifayət qədər sübut aşkar etməyib.

Nəzərə almalıyıq ki, alma sirkəsinin turşuluğu diş minasına zərər verə və boğazı qıcıqlandıra bilər. Diabeti, aşağı kalium səviyyəsi və ya qastroparezi olan şəxslər istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Unutmamaq lazımdır ki, sağlam çəki nəzarətində balanslı qidalanma və fiziki aktivlik əsas rol oynayır.

Jalə