Qaynar xətt:

(+99450) 247 90 86

Bir müşavirin vəzifədən gedişi, iki ölkənin münasibətlərinə verilən MESAJ

Bir müşavirin vəzifədən gedişi, iki ölkənin münasibətlərinə verilən MESAJ

SİYASƏT

64

26.10.2026, 20:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən azad edilməsi və bu addımın məktəbli geyimləri ilə bağlı səsləndirilən fikirlərə görə atılması iki ölkə arasında münasibətlərin dərinliyini bir daha sübut etdi. Baş verənlər göstərir ki, strateji müttəfiqlik və qardaşlıq bağları ən yüksək səviyyədə olsa da, hər bir dövlətin suverenliyinə və daxili işlərinə hörmət prinsipi hər zaman əsas dayanır. Bu qərar iki ölkə arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə çalışanlara verilən sərt və adekvat cavabdır.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu bildirib ki, 2016-cı ildən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri işləyən Oktay Saralın mediada yayılan məlumatlara görə özü də bunun Azərbaycanda məktəbli geyimi ilə bağlı səsləndirdiyi fikirlərə görə olduğunu bildirib:

“Bu hadisə bir daha nümayiş etdirdi ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər sözün əsl mənasında dostluğa, qardaşlığa və səmimiyyətə söykənən müttəfiqlik münasibətləridir.

Bunu sadəcə iki ölkə arasında münasibət kimi nəzərdən keçirmək olmaz, çünki Azərbaycan ilə Türkiyə bərabər ciddi bir gücdürlər, böyük bir coğrafiyada təhlükəsizlik mühitinə, geosiyasi konfiqurasiyaya ciddi təsir edən gücdür”.

Politoloq hesab edir ki, Türkiyə lideri cənab Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərinə bir daha nə dərəcədə böyük önəm verdiyini nümayiş etdirdi:

“Həqiqətən də, müasir dünyamız çox ciddi çağırışlar qarşısındadır və ölkələr arasındakı münasibətlər də ciddi bir sarsıntı yaşamaqdadır.

Ümumi beynəlxalq münasibətlər sistemində siyasi turbulentlik müşahidə olunur və ölkələr arasındakı münasibətlər sistemi də ciddi şəkildə tənzimləmə gücünə malik olan beynəlxalq hüquq dəstəyinə sahib deyil. Belə bir mühitdə, belə bir reallıqlar fonunda Azərbaycan-Türkiyə münasibətləri sözün əsl mənasında örnək münasibətlərdir”.

Elşad Mirbəşiroğlu qeyd edib ki, həm Azərbaycan Prezidenti cənab İlham Əliyev, həm də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bu münasibətləri başqa ölkələr üçün örnək kimi göstəriblər.

Türkiyə rəhbərliyi bu cür münasibətlər sisteminin qorunmasında maraqlıdır:

“Cənab Rəcəb Tayyib Ərdoğan üçün Türk Dövlətləri Təşkilatı çox əhəmiyyətli bir platformadır, bu təşkilatın daha da inkişaf etməsi, təsirli beynəlxalq bir təşkilata çevrilməsi istiqamətində Türkiyə tərəfinin nə qədər ciddi addımlar atdığını və nə qədər ümidli olduğunu görməkdəyik.

Azərbaycan-Türkiyə münasibətlərinin xarakteri Türk Dövlətləri Təşkilatındakı ümumi vəziyyəti təyin edən təsirli bir amildir.

Əgər Azərbaycanla Türkiyə münasibətləri hazırkı səviyyədə, yəni səmimi dostluq, qardaşlıq, müttəfiqlik səviyyəsində olmasaydı, hesab edirəm ki, bu günləri biz Türk Dövlətləri Təşkilatının perspektivləri haqqında da danışa bilməzdik”.

Politoloq əlavə edib ki, Azərbaycan-Türkiyə münasibətləri həm də böyük bir coğrafiyada təhlükəsizliyi, təhlükəsizlik mühitini təyin edən münasibətlərdir.

Eyni zamanda strateji bir coğrafiyada geosiyasi tarazlığı saxlayan münasibətlərdir. Sözsüz ki, bunu kifayət qədər böyük təcrübəyə malik olan beynəlxalq münasibətlər sistemində baş verən hadisələrin mahiyyətini yaxşı dərk edən, hesablamağı bacaran Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çox yaxşı bilir:

“O baxımdan, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirən və gətirə biləcək bütün halların qarşısının alınmasında maraqlıdır.

Oktay Saralın da vəzifədən azad edilməsi bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə münasibətlərinin bu günkü vəziyyəti səmimi dostluq, qardaşlıq, müttəfiqlik münasibəti Türkiyə üçün böyük bir dəyərdir”.

“Düşünürəm ki, iki qardaş ölkə arasında münasibətlər bəzi hallarda müəyyən gərginlik elementlərinə baxmayaraq, öz inkişaf yoluna davam edəcəkdir və elə digər ölkələr üçün də örnək münasibətlər olaraq qalacaqdır.

Hər bir ölkənin özünün toxunulmaz suverenliyi mövcuddur və buna hörmətlə yanaşılmalıdır”,- deyə politoloq vurğulayıb.

Çimnaz Telmanqızı