Qaynar xətt:

(+99450) 247 90 86

 Azərbaycan torpaqlarının işğaldan azad olunması xarici qüvvələr tərəfindən hələ də həzm olunmur

 Azərbaycan torpaqlarının işğaldan azad olunması xarici qüvvələr tərəfindən hələ də həzm olunmur

SİYASƏT

60

26.10.2026, 23:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hazırda Cənubi Qafqazda güclər nisbətinin yenidən formalaşdığı və regionun gələcək nüfuz xəritəsinin hazırlandığı müşahidə olunur. Son 300 il ərzində Tiflis bölgənin siyasi-hərbi mərkəzi rolunu oynasa da, İkinci Qarabağ müharibəsindən sonra bu strateji missiyaya Bakı sahibləndi. 

Azərbaycan əldə etdiyi nəticələr və qlobal şərtlər elə bir mühit formalaşdırdı ki, dünyanın müxtəlif nöqtələrində mühüm faktor kimi çıxışı etməyə başladıq. Bununla yanaşı, Türk Dövlətləri Birliyində, eləcə də digər təşkilatlardakı rolumuz, təşəbbüslərimiz, müxtəlif dövlətlərlə olan çoxşaxəli münasibətlərimiz Cənubi Qafqazdakı mövqeyimizi, nüfuz savaşımızı arxa plana atmamalıdır. 

Açıq şəkildə görünür ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması müxtəlif xarici qüvvələr tərəfindən hələ də həzm olunmur, hətta Ermənistanın assimetrik inkişafını və təhlükəsizliyini təmin etməyə çalışırlar. Şübhəsiz, Cənubi Qafqazda təhlükəsizliyin hökm sürməsi Azərbaycan üçün mühüm məsələdir. 

Amma Ermənistanın güclənməsi də Azərbaycanın strateji maraqlarına tamamilə ziddir. Ermənistan gücləndikcə sülh müqaviləsinin imzalanmaması üçün bəhanələr, səbəblər də çoxalacaq. 

Digər tərəfdən, Gürcüstan daxili və xarici siyasətində hələ də davamlı daxili sabitlik formulunu tam formalaşdıra bilməyib.

Azərbaycan əsasən iki ölkəni - Ermənistan və Gürcüstanı öz orbitində saxlamağı bacarmalıdır.

Samir Feyruzov