37 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb
26 Oktyabr 2026, 12:45
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
108
26.10.2026, 12:01
Bakıda cinayətdə adı keçən Əhməd Əlizadənin iştirakı ilə baş verən və ölümlə nəticələnmiş dəhşətli davaya dair yeni məlumatlar və hadisə iştirakçılarının yeni, ilginc fotolarını əldə etmişik.
Oxu24.com xəbər verir ki, oxu.az-a cinayət hadisəsində qətlə yetirilən Ceyhun Mirağayevlə bu olayda iştirakçı olan və artıq digər 9 nəfərlə birlikdə saxlanılan Əhməd Əlizadənin daha əvvəllər – münasibətləri normal olan vaxtlarda birgə çəkdirdikləri fotolar və əlaqələrinə dair maraqlı xəbərlər daxil olub.
Bildirilir ki, öldürülən Ceyhunla Əhməd əvvəllər yaxın münasibətlərdə və “qara biznes”də şərik olublar:
“Ceyhun və Əhməd xeyli müddət bir çevrədə olublar. “Ceyhun Sabunçu” kriminala meylli şəxs kimi tanınır. Onun kumiri məşhur “lotu” Cavanşir imiş, qəbrinin qarşısında şəkli də var.
Sonralar, təxminən ilyarım öncə Ceyhunun Əhmədlə və digərləri ilə araları pozulub, pul söhbətində narazılıqları yaranıb. Bakının Xətai rayonundakı restoranda baş verən məlum davada iştirak edənlərin demək olar hamısı öncələr bir çevrə olublar, mütəşəkkil dəstə kimi.
Sonra maraqlar savaşında qruplaşmalara bölünüblər. Narazılığı da Əhmədin çevrəyə, qruplaşmaya başçılıq etmək, biznesə, gəlirlərə, daxil olan pullara nəzarəti həyata keçirmək iddiası yaradıb. Sonuncu mübahisəni də bu məsələləri aydınlaşdırmaq, son qərar vermək üçün Əhməd təşkil edibmiş.
Bir çevrə olarkən qurduqları bizneslər, obyektlər əksərən davada da iştirak edən Kamran və Həsən adlı şəxslərin və onların yaxınlarının adına rəsmiləşdirilmişdi. Elə bu gəlir mənbələrinin bölgüsü əsas mübahisə predmeti olub. Ceyhun Əhmədi yola gətirməyə çalışıb, amma onun iddiaları çox böyük olub. Yaxın ətrafının köməyi ilə o, bir neçə dəfə böyük qalmaqallardan, davalardan “qalib” çıxa da bilmişdi.
Sonuncu söhbət isə çox ağır olub, tərəflər üçün “ölüm-qalım” məsələsinə çevrilib. Ceyhun və digərləri Əhmədin qurduğu planla, etdiyi təkliflərlə razılaşmayıblar. Bu zaman ortalıq qarışıb və qruplaşmalar şəklində kütləvi dava ediblər. Nəticədə isə Ceyhun öldürülüb, restorandakı məlum dəhşətli davanı əks etdirən videodan da göründüyü kimi, onu bıçaqlayıb qan içərisində qoyaraq hamısı qaçıb gediblər”.



12:30 / 26 Oktyabr 2026
13
12:20 / 26 Oktyabr 2026
46
12:17 / 26 Oktyabr 2026
39
12:15 / 26 Oktyabr 2026
52
12:05 / 26 Oktyabr 2026
49
12:00 / 26 Oktyabr 2026
54
11:59 / 26 Oktyabr 2026
59
11:47 / 26 Oktyabr 2026
60
11:35 / 26 Oktyabr 2026
113
11:33 / 26 Oktyabr 2026
65
11:31 / 26 Oktyabr 2026
63
11:22 / 26 Oktyabr 2026
71
11:12 / 26 Oktyabr 2026
525
11:09 / 26 Oktyabr 2026
291
11:06 / 26 Oktyabr 2026
95
11:03 / 26 Oktyabr 2026
98
10:53 / 26 Oktyabr 2026
74
10:50 / 26 Oktyabr 2026
79
10:45 / 26 Oktyabr 2026
109
10:12 / 26 Oktyabr 2026
658
10:10 / 26 Oktyabr 2026
87
09:30 / 26 Oktyabr 2026
91
09:10 / 26 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.