Qaynar xətt:

(+99450) 247 90 86

"Azərişıq" vətəndaşın sualına niyə cavab vermir? -ŞİKAYƏT  

\"Azərişıq\" vətəndaşın sualına niyə cavab vermir? -ŞİKAYƏT  

CƏMİYYƏT

85

26.10.2026, 13:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərişıq ASC-nin qaynar xəttindən narazı qalan vətəndaş şikayət edir.

Bu barədə Oxu24.com-a müraciətində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan Tural Rəsulzadə bildirib.

Vətəndaşın sözlərinə görə,yaşadığı qəsəbədə işıqlar söndüyü üçün qurumun qaynar xəttinə müraciət edib.Vətəndaş qaynar xəttin Əli Cəfərov adlı əməkdaşına dəfələrlə suallar ünvanlasa da cavab ala bilməyib.

Bu isə onda "Azərişıq" ASC-nin qaynar xəttinin formal olaraq fəaliyyət göstərdiyi şübhəsi yaradıb.

"İşıqlar sönmüşdü. 199 Çağrı Mərkəzi zənglərə gec cavab verir deyə saytdakı online çata yazdım. Əli Cəfərov adlı əməkdaş kobud şəkildə vəzifə borcunu icra edib sualıma cavab verməkdən imtina etdi. 

Şikayətim və tələbim budur ki, Əli Cəfərov cəzalandırılsın",-deyə o bildirib.

Vətəndaşın müraciəti ilə bağlı qurumun da mövqeyini təqdim edəcəyik.

Nigar