Bu şəxslərin aylıq vəzifə maaşları müəyyənləşdi - CƏDVƏL
26 Oktyabr 2026, 18:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
126
26.10.2026, 17:45
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri uğurla davam etdirilir.
Böyük Qayıdış Proqramı çərçivəsində sakinlərin doğma yurdlarına qayıdışı, həmin ərazilərdə həyatın bərpası diqqətdə saxlanılan məsələlərdəndir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən möhtəşəm quruculuq işləri təqdirəlayiqdir. Lakin təəssüf ki, bəzən bu böyük quruculuq prosesində çalışan insanların əməkhaqlarını vaxtında ala bilməməsi ilə bağlı xoşagəlməz hallarla da qarşılaşırıq.
Moderator.az İnformasiya Agentliyinə daxil olan vətəndaş müraciəti də məhz bu məsələ ilə bağlıdır.
Ağdam sakini Dünyamin Abışov müraciətində bildirir ki, Ağdam şəhərindəki 4-cü yaşayış kompleksinin 6-cı məhəlləsinin tikintisində çalışıb.
Onun sözlərinə görə, həmin tikinti işlərinin baş podratçısı SMTS MMC, subpodratçısı isə “Miray İnşaat” şirkətidir.
Şikayətçi qeyd edir ki, bir müddət tikintidə işlədikdən sonra onunla yanaşı, daha 7 nəfər işçinin də ixtisara düşdüyü bildirilib. Şikayətçi qeyd edir ki, işlədikləri müddət ərzində qazandıqları əməkhaqqını ala bilməyiblər.
Ali təhsilli iqtisadçı-mühəndis və ehtiyatda olan zabit olduğunu bildirən Dünyamin Abışov işsizlik səbəbindən tikinti sahəsində işləməyə məcbur qaldığını deyir.
Dünyamin Abışov eyni zamanda, Böyük Qayıdış Proqramı çərçivəsində aprelin 24-də Ağdama köçürülən sakinlərdəndir.
Onun sözlərinə görə, gördüyü işin müqabilində qazandığı əməkhaqqını ala bilməməsi maddi vəziyyətini ağırlaşdırıb. Vətəndaş müraciətində məsələnin araşdırılmasına və işlədiyi müddətə görə ona çatacaq əməkhaqqının ödənilməsinə köməklik göstərilməsini xahiş edir.
Moderator.az olaraq vətəndaşın müraciətini ictimailəşdirməzdən əvvəl qarşı tərəfin də mövqeyini öyrəndik.
"Miray" İnşaat MMC-nin mövqeyini olduğu kimi diqqətinizə çatdırırıq.
"Hörmətli Pərvin xanım, öncədən diqqətinizə və göstərəcəyiniz dəstəyə görə Sizə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, yaranmış maliyyə məsələsinin həllində bizə köməklik göstərəcəksiniz.
Məlumat üçün bildirmək istərdik ki, Miray İnşaat MMC olaraq SMTS MMC-nin 6-cı məhəllə ərazisində yerləşən tikinti obyektlərində dörd ay müddətində təmir-tikinti işlərini həyata keçirmişik.
Görülmüş işlərə görə təqdim edilmiş və ümumi dəyəri 110 000 manat təşkil edən Forma 2 sənədləri SMTS MMC tərəfindən təsdiq olunsa da, bu günədək Miray İnşaat MMC-yə cəmi 30 000 manat ödəniş edilmişdir.
Ödənilmiş məbləğ usta və fəhlələr arasında bölüşdürülmüşdür. Lakin qalan vəsaitin ödənilməməsi səbəbindən işçi heyəti arasında haqlı narazılıqlar davam edir. Bu vəziyyət həm işçilərin qarşısında öhdəliklərimizin yerinə yetirilməsini çətinləşdirir, həm də yaranmış problemin təcili həllini zəruri edir.
Sizdən xahiş edirik ki, təsdiq edilmiş Forma 2 sənədləri üzrə qalan 80 000 manat vəsaitin SMTS MMC tərəfindən Miray İnşaat MMC-yə ödənilməsinə dəstək göstərəsiniz. İnanırıq ki, məsələyə anlayışla yanaşacaq və problemin qarşılıqlı anlaşma şəraitində, müsbət həllinə köməklik göstərəcəksiniz.
Diqqətinizə və dəstəyinizə görə əvvəlcədən təşəkkür edirik.
Hörmətlə,
Miray İnşaat MMC".
18:36 / 26 Oktyabr 2026
17
18:20 / 26 Oktyabr 2026
62
18:10 / 26 Oktyabr 2026
57
17:01 / 26 Oktyabr 2026
94
17:00 / 26 Oktyabr 2026
259
16:58 / 26 Oktyabr 2026
72
16:46 / 26 Oktyabr 2026
74
16:42 / 26 Oktyabr 2026
69
16:30 / 26 Oktyabr 2026
99
16:17 / 26 Oktyabr 2026
102
16:08 / 26 Oktyabr 2026
224
15:57 / 26 Oktyabr 2026
88
15:50 / 26 Oktyabr 2026
281
15:48 / 26 Oktyabr 2026
141
15:44 / 26 Oktyabr 2026
196
15:41 / 26 Oktyabr 2026
94
15:37 / 26 Oktyabr 2026
75
15:34 / 26 Oktyabr 2026
103
15:28 / 26 Oktyabr 2026
81
15:19 / 26 Oktyabr 2026
209
15:10 / 26 Oktyabr 2026
118
15:07 / 26 Oktyabr 2026
220
15:03 / 26 Oktyabr 2026
1405
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.