ŞAD XƏBƏR!"Araz"da kərə yağları 44% endirimə düşdü
29 Oktyabr 2026, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
261
02.10.2026, 18:42
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, bu, indiki dünyada böyük sərvət sayıla bilər:
"Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalq və ölkə var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır".
İlham Əliyev bildirib ki, ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa və bütün risklər ölkə hüdudlarından kənarında formalaşır:
"Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkə üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək".
17:30 / 29 Oktyabr 2026
10
17:29 / 29 Oktyabr 2026
24
17:20 / 29 Oktyabr 2026
31
17:06 / 29 Oktyabr 2026
76
16:59 / 29 Oktyabr 2026
110
16:56 / 29 Oktyabr 2026
61
16:53 / 29 Oktyabr 2026
319
16:50 / 29 Oktyabr 2026
401
16:48 / 29 Oktyabr 2026
83
16:45 / 29 Oktyabr 2026
56
16:44 / 29 Oktyabr 2026
94
16:40 / 29 Oktyabr 2026
61
16:17 / 29 Oktyabr 2026
84
16:04 / 29 Oktyabr 2026
141
16:03 / 29 Oktyabr 2026
115
15:50 / 29 Oktyabr 2026
605
15:42 / 29 Oktyabr 2026
504
15:36 / 29 Oktyabr 2026
303
15:32 / 29 Oktyabr 2026
154
15:22 / 29 Oktyabr 2026
110
15:20 / 29 Oktyabr 2026
100
15:10 / 29 Oktyabr 2026
153
14:58 / 29 Oktyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.