DİN açıqlama yaydı: 4 nəfər ölüb
18 Noyabr 2026, 21:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
312
29.10.2026, 15:22
Bakıda iri supermarket şəbəkələrindən birinin keçmiş filial müdiri həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Biləcəridə yerləşən filialın müdiri M.Hüseynov satıcı-anbardarla birgə külli miqdarda dəyəri olan malları qeyri-qanuni yolla mənimsəməkdə təqsirli bilinib.
M.Hüseynov və supermarketin digər əməkdaşı E.İbrahimov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, hər iki şəxs əlbir olaraq Biləcəri qəsəbəsində yerləşən marketin anbarından 103 467 manat dəyərində malı kassaya vurmadan qeyri-qanuni formada çıxararaq gizli şəkildə başqa sahibkarlara satıblar. Mənimsəmə yolu ilə ələ keçirilən mallardan 11 400 manatlıq hissəsi “Lays” çipsiləri olub.
Məhkəmə iclasında zərərçəkmiş şirkətin nümayəndəsi bildirib ki, cinayət nəticəsində dəymiş zərərin 24 000 manat hissəsinin təqsirləndirilən şəxs E.İbrahimov tərəfindən ödənilməsi ilə bağlı razılıq əldə olunub. O, zərərdən 79 467,44 manat hissənin hələ də ödənilməmiş qaldığını qeyd edərək ödənilmiş dövlət rüsumu da nəzərə alınmaqla, 79796,44 manat məbləğində pulun M.Hüseynovdan tutularaq MMC-yə ödənilməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Hüseynova 6 il həbs cəzası verilib. O, məhkəmə zalındaca qandallanıb. E.İbrahimova isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Lakin dəymiş zərəri ödəməsi və digər hallar nəzərə alınaraq onun cəzası 3 il sınaq müddəti qoyulmaqla şərti hesab edilib.
Məhkəmə M.Hüseynova qarşı mülki iddianı da təmin edib və 80 min manata yaxın vəsaitin ondan tutulmasına qərar verib.
21:09 / 18 Noyabr 2026
27
21:03 / 18 Noyabr 2026
46
20:53 / 18 Noyabr 2026
53
20:50 / 18 Noyabr 2026
52
20:45 / 18 Noyabr 2026
172
20:42 / 18 Noyabr 2026
66
20:40 / 18 Noyabr 2026
74
20:34 / 18 Noyabr 2026
75
20:28 / 18 Noyabr 2026
69
20:19 / 18 Noyabr 2026
465
20:05 / 18 Noyabr 2026
105
19:56 / 18 Noyabr 2026
108
19:41 / 18 Noyabr 2026
94
19:36 / 18 Noyabr 2026
99
19:36 / 18 Noyabr 2026
94
19:26 / 18 Noyabr 2026
108
19:19 / 18 Noyabr 2026
124
19:15 / 18 Noyabr 2026
104
19:08 / 18 Noyabr 2026
133
18:50 / 18 Noyabr 2026
110
18:45 / 18 Noyabr 2026
128
18:37 / 18 Noyabr 2026
123
18:33 / 18 Noyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.