DİN rəsmi rəqəmləri AÇIQLADI
29 Oktyabr 2026, 16:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
130
29.10.2026, 15:10
Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarında mühüm dəyişikliklər edilib. Yeni tənzimləmələrə əsasən, mənzilini satmaq öhdəliyi ilə kirayəyə götürən, lakin İpoteka və Kredit Zəmanət Fondu ilə bağlanmış qüvvədə olan müqavilə üzrə birbaşa kirayəçi olmayan digər ailə üzvləri də əsas borcalan qismində ipoteka kreditindən yararlana biləcəklər. Eyni zamanda, müraciət prosesində şəffaflığın artırılması və prosesin rəqəmsallaşdırılması məqsədilə SİMA İmza vasitəsilə biometrik identifikasiya tətbiq olunacaq. Bu yeniliklər ipoteka kreditlərinə çıxış imkanlarını genişləndirməklə yanaşı, vətəndaşların mənzil təminatını daha da əlçatan etməyə xidmət edir.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc ətraflı şərh verib.
Vüqar Oruc bildirib ki, Fondun öz açıqlamasına əsasən, satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə qüvvədə olan müqavilənin kirayəçisi olmayan şəxs əsas borcalan kimi ipoteka kreditindən yararlana bilər. Yəni ər-arvaddan biri fondda kirayə müqaviləsi bağlayıbsa, digər həyat yoldaşının ipoteka kreditinə müraciət etməsi mümkündür, lakin digər şəxsin kredit şərtlərinə uyğunluğu ayrıca qiymətləndiriləcək.
Ekspert qeyd edib ki, SİMA ilə üzşanma məsələsi burada ikinci bir vacib məsələdir. İpoteka müraciətlərində SİMA imzanın biometrik identifikasiyası funksiyası tətbiq olunacaq. Məqsəd burada, təbii ki, müraciətlərin təhlükəsizliyini artırmaq, prosesi rəqəmsallaşdırmaq, kənar müdaxilələrin, xüsusi proqramlardan istifadə etməklə mümkün sui-istifadələrin qarşısını almaqdır:
“Bu, ipoteka kreditlərinə çıxış imkanlarını genişləndirəcək və ipoteka müraciətlərinin rəqəmsallaşması həyata keçiriləcək. Bu, olduqca uğurlu bir variantdır və spekulyasiya variantları ilə digər kənar müdaxilə variantlarını artıq istisna edir”.
Vüqar Oruc vurğulayıb ki, bu yeniliklər ümumiyyətlə mənzil əlçatanlığının təmin olunmasında, habelə mənzilə ehtiyacı olan əhalinin məhz bu prosesdə iştirakının təmin edilməsində mühüm rol oynayır:
“İpoteka kreditlərinin verilməsi qaydalarına edilən son dəyişikliklər həm vətəndaşların mənzil əldə etmək imkanlarını, həm də maliyyə xidmətlərinin rəqəmsallaşdırılması imkanlarını artırır.
Burada iki əsas məsələ diqqət çəkir:
1.Birincisi, satmaq öhdəliyi ilə kirayə mexanizmindən istifadə edən şəxslərlə ipoteka kreditləri arasındakı münasibətlərin dəqiqləşdirilməsi baş verir. Yəni həmin ailənin digər üzvü ipoteka kreditinə yararlana bilərmi, yoxsa yox?
2.İkincisi, müraciət prosesində biometrik identifikasiyanın tətbiqidir ki, bu da olduqca vacib məsələdir. Üzşanma texnologiyasının tətbiqi rəqəmsallaşma və elektronlaşma prosesinin bir hissəsidir”.
Ekspertin sözlərinə görə, ən ciddi məsələlərdən biri odur ki, vətəndaş eyni vaxtda fondun iki mexanizmindən əsas borcalan kimi istifadə edə bilməyəcək. Eyni zamanda da həmin kirayə müqaviləsinin tərəfi olmayan başqa şəxs (digər ailə üzvü) ipoteka kreditinə müraciət üçün imkanını saxlaya biləcək:
“Bu proses həm şəffafdır, həm təhlükəsizdir, həm də rəqəmsallaşmaqdadır.
Daşınmaz əmlak bazarına gəldikdə, müraciətlərin sayının artması ilə nəticələnəcək və təbii ki, bu da müraciətlər artdıqca qiymətlərə də artım istiqamətində təsir göstərə biləcək. Daşınmaz əmlak bazarı fəallaşacaq. Lakin bu müraciətlər də vətəndaşların əhalinin maddi durumundan, onların ödəniş qabiliyyətli olub-olmamasından asılıdır. Demək olmaz ki, bu qərarın qəbulundan sonra minlərlə və yaxud 10 minlərlə vətəndaş ipoteka krediti almaq üçün məhz fonda müraciət edəcək. Çünki burada əsas vətəndaşların ayrı-ayrı gəliridir və bu gəlirin ona verdiyi imkanlardır”.
Çimnaz Telmanqızı
Həmçinin oxuyun
16:17 / 29 Oktyabr 2026
11
16:10 / 29 Oktyabr 2026
34
16:04 / 29 Oktyabr 2026
38
16:03 / 29 Oktyabr 2026
42
15:50 / 29 Oktyabr 2026
349
15:42 / 29 Oktyabr 2026
185
15:36 / 29 Oktyabr 2026
209
15:32 / 29 Oktyabr 2026
121
15:22 / 29 Oktyabr 2026
90
15:20 / 29 Oktyabr 2026
76
14:58 / 29 Oktyabr 2026
115
14:50 / 29 Oktyabr 2026
245
14:43 / 29 Oktyabr 2026
96
14:40 / 29 Oktyabr 2026
2931
14:32 / 29 Oktyabr 2026
122
14:29 / 29 Oktyabr 2026
83
14:11 / 29 Oktyabr 2026
1098
13:55 / 29 Oktyabr 2026
83
13:45 / 29 Oktyabr 2026
87
13:26 / 29 Oktyabr 2026
104
13:16 / 29 Oktyabr 2026
125
13:14 / 29 Oktyabr 2026
143
13:08 / 29 Oktyabr 2026
493
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.