Qaynar xətt:

(+99450) 247 90 86

Qatar vuruldu:Ölənlər var

Qatar vuruldu:Ölənlər var

DÜNYA

98

29.10.2026, 14:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Dneprdə (Ukrayna) dəmir yolu vağzalına reaktiv dronla zərbə endirib, nəticədə 13 nəfər ölüb, ən azı 5 nəfər yaralanıb.

Oxu24.com  "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyası məlumat yayıb.

"Ukrzaliznıtsya" şirkətinin məlumatına görə, zərbə vağzalın platformalarından birinə dəyib və həmin vaxt orada Dnepr - Zaporojye marşrutu üzrə hərəkət edən 866 nömrəli elektrik qatarı olub.

Elan edilmiş yüksək təhlükə səviyyəsinə baxmayaraq, platformada insanlar olub.

Xilasedicilər, tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.