Qaynar xətt:

(+99450) 247 90 86

Milli Məclis məmurlara bunu QADAĞAN EDİR

Milli Məclis məmurlara bunu QADAĞAN EDİR

CƏMİYYƏT

79

29.10.2026, 13:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Oxu24.com  xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni - “Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqları naminə və xidməti vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər.