5 oktyabrla bağlı XƏBƏRDARLIQ
04 Oktyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
199
24.09.2026, 19:51
Son günlər paytaxt Bakıda müşahidə olunan sıxlıq və nəqliyyat problemi cəmiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə şəhər daxilində yolların bağlanması və nəqliyyatın hərəkətində yaranan məhdudiyyətlər sürücülərə ciddi çətinliklər yaradır. Bir çox vətəndaş bu vəziyyətin əsas səbəbi kimi regionlardan paytaxta gələn əhalinin axınını və nəqliyyat sisteminə düşən yükü göstərir. Lakin milyonluq meqapolis olan Bakıda bütün inzibati qurumların, universitetlərin və iri biznes mərkəzlərinin mərkəzdə cəmləşməsi də qaçılmaz sıxlıqlara səbəb olur. Paytaxt həm də böyük turistik, tarixi və sənaye şəhəri kimi hər gün minlərlə nəqliyyat vasitəsini və insanı qəbul edir. Regionlardan gələn axının da mövcud infrastruktura təsiri danılmazdır və bu proses davam etməkdədir. Yaranmış problemin köklü şəkildə həlli yolları və tıxacların aradan qaldırılması istiqamətində mütəxəssislərin yanaşmaları diqqət çəkir.
Oxu24.com olaraq bu aktual mövzu ilə bağlı tanınmış mütəxəssisin fikirlərini oxucularımıza çatdırırıq.
Məsələ ilə əlaqədar danışan nəqliyyat eksperti Eldəniz Cəfərov paytaxtdakı tıxacların real səbəblərini, əhali axınının təsirini və problemin aradan qaldırılması üçün görülməli olan tədbirləri açıqlayıb.
Ekspert bildirib ki, Bakı şəhərində sıxlıqların və tıxacların yaranmasının əsas səbəbi şəhərdəki yolların bağlanmasıdır:
“Paytaxt çoxmilyonlu, iri sənaye, turistik və tarixi şəhər olduğu üçün burada sıxlığın olması normaldır. Bütün inzibati orqanlar, binalar, universitetlər, alış-veriş və biznes mərkəzləri məhz Bakının mərkəzində cəmləşib”.
Onun sözlərinə görə, regionların və ətraf qəsəbələrin nəqliyyat sisteminə təsiri var, çünki hər gün Bakıya ətraf qəsəbə şəhərlərdən təxminən 300 min nəqliyyat vasitəsi daxil olub geri qayıdır:
“Bu şəxslər əsasən Bakıda təhsil alanlar və işləyənlərdir ki, onlar aqlomerasiyadan gəlirlər. Onları tam olaraq region adlandırmaq düzgün deyil, çünki əslində başqa rayonun qəsəbələri olsa da, Bakıya bağlı olan ərazilərdir”.
Eldəniz Cəfərov qeyd edib ki, Bakı şəhərində hər həftə keçirilən və yolların bağlanması ilə nəticələnən tədbirlər differensiallaşdırılmalıdır. Həmin tədbirlər ildə heç olmasa iki dəfə Bakıda keçirilməli, qalanları isə Sumqayıt, Gəncə, Qəbələ və Lənkəran kimi digər şəhərlərə bölünməlidir. Tıxacları aradan qaldırmaq üçün yolların zərurət olmadığı halda səhər və axşam pik saatlarında bağlanması təcrübəsinə son qoyulmalıdır.
Ekspert həmçinin vurğulayıb ki, yolların hər səhər və axşam bağlanması təcrübəsi ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurur. Alternativ olaraq, Bakıdan kənarda iri akademik şəhərciklərin tikilməsi həm tələbələrin təhsil keyfiyyətini artırar, həm də paytaxt mərkəzindəki nəqliyyat yükünü azaldar.
Çimnaz Telmanqızı
18:44 / 04 Oktyabr 2026
1
18:34 / 04 Oktyabr 2026
31
17:50 / 04 Oktyabr 2026
62
17:45 / 04 Oktyabr 2026
63
17:35 / 04 Oktyabr 2026
72
17:30 / 04 Oktyabr 2026
378
17:23 / 04 Oktyabr 2026
191
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1843
16:56 / 04 Oktyabr 2026
176
16:55 / 04 Oktyabr 2026
138
16:53 / 04 Oktyabr 2026
155
16:51 / 04 Oktyabr 2026
79
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
97
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
290
13:40 / 04 Oktyabr 2026
77
13:30 / 04 Oktyabr 2026
69
13:15 / 04 Oktyabr 2026
90
12:55 / 04 Oktyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.