Nə kərpic, nə də sement: evlər 5 günə tikilir
04 Noyabr 2026, 09:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
14629
17.09.2026, 10:17
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) sifarişi əsasında ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyəsini müvəffəqiyyətlə bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddəti ali təhsilin göstərilən səviyyələrinin hər biri üzrə bir dəfə olmaqla bir il azaldılacaq.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 32-ci maddəsinə əlavə edilən yeni müddəada əksini tapıb.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 45-ci maddəsinin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 31.5-ci maddəsinin “leytenant” hərbi rütbəsində olma müddətinə dair müddəaları da yeni redaksiyada verilir. Hazırda təhsil müddəti 5 il və daha çox olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün “leytenant” hərbi rütbəsində olma müddəti 1 il müəyyən edilir. Layihəyə əsasən, leytenant hərbi rütbəsində olma müddəti təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün 2 il (aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün 1 il), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi digər hallarda 1 il müəyyən ediləcək.
Beləliklə, layihə ilə hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin hesablanmasına dair mövcud qaydalar dəqiqləşdirilir, zabitlərin magistratura (rezidentura) və doktorantura (adyunktura) üzrə təhsil və elmi fəaliyyətinin nəzərə alınması təmin edilir, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün “leytenant” hərbi rütbəsində olma müddəti üzrə yeni tənzimləmə müəyyən edilir.
09:05 / 04 Noyabr 2026
9
09:00 / 04 Noyabr 2026
45
08:58 / 04 Noyabr 2026
44
08:58 / 04 Noyabr 2026
705
08:47 / 04 Noyabr 2026
49
05:10 / 04 Noyabr 2026
169
01:45 / 04 Noyabr 2026
1416
01:07 / 04 Noyabr 2026
314
00:56 / 04 Noyabr 2026
462
00:38 / 04 Noyabr 2026
590
00:30 / 04 Noyabr 2026
358
00:29 / 04 Noyabr 2026
233
00:18 / 04 Noyabr 2026
384
00:11 / 04 Noyabr 2026
228
00:10 / 04 Noyabr 2026
365
23:58 / 03 Noyabr 2026
3613
23:50 / 03 Noyabr 2026
274
23:40 / 03 Noyabr 2026
201
23:34 / 03 Noyabr 2026
360
23:04 / 03 Noyabr 2026
519
22:59 / 03 Noyabr 2026
167
22:52 / 03 Noyabr 2026
181
22:48 / 03 Noyabr 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.