Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentin mətbuat xidməti açıqlama yaydı

Prezidentin mətbuat xidməti açıqlama yaydı

CƏMİYYƏT

61

14.09.2026, 20:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş zamanı “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını dövlətimizin başçısına təqdim edib.

Oxu24.com  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə 2026-cı il üzrə bu mükafata layiq görülüb.

Mükafatın şərtlərinə görə, Azərbaycan Prezidentinə 500 min ABŞ dolları məbləğində vəsait verilir.

Prezident İlham Əliyev bu məbləğin tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib.