Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
213
28.08.2026, 14:10
Qan azlığı, yəni anemiya uşaqlar arasında ən çox təsadüf edilən sağlamlıq problemlərindən biridir. Qanda hemoqlobin səviyyəsinin normadan aşağı düşməsi ilə müşayiət olunan bu hal, bədən toxumalarının kifayət qədər oksigenlə təmin olunmamasına gətirib çıxarır. Nəticədə uşaqlarda tez yorulma, halsızlıq və gündəlik fəaliyyətlərdə passivlik kimi əlamətlər müşahid olunur. Əksər hallarda valideynlər bu halları adiliklə qarşılayaraq mövsümi yorğunluq kimi dəyərləndirsələr də, mütəxəssislər bunun ciddi bir xəstəliyin siqnalı ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Qan azlığının müalicəsində geniş istifadə olunan meyvə şirələri də hər zaman tam həll yolu sayılmır. Meyvə şirələri yalnız orqanizmdə vitamin və müəyyən maddələrin çatışmazlığı nəticəsində yaranan anemiyalarda qan yaranma prosesinə müsbət təsir göstərə bilər. Lakin anemiyanın kökündə daha ciddi patologiyalar dayandıqda, ilk növbədə əsas xəstəliyin təməl səbəbi araşdırılmalı və müvafiq tibbi müalicə aparılmalıdır.
Məsələnin başqa bir təhlükəli tərəfi isə irsi qan xəstəlikləri ilə bağlıdır. Xüsusilə yazın sonu və yayın əvvəlində bol gətirilən paxlalı yeməklərin (paxlalı aş və s.) qəbulu genetik defekti olan uşaqlarda qanın kəskin parçalanmasına (hemoliz) səbəb ola bilər. Bu xəstəlik daha çox oğlan uşaqlarında özünü biruzə verir. Qızlarda iki X xromosomu olduğu üçün onlar əsasən genin daşıyıcısı olurlar və xəstəlik onlarda çox nadir halda təzahür edir.
Paxla qəbulundan sonra uşaqda birdən-birə rəngin və göz qişasının saralması, sidiyin tündləşməsi və hemoqlobinin kəskin aşağı düşməsi müşahid edildikdə, bu, həyati təhlükə yarada bilər. Vaxtında müdaxilə olunmadıqda ölümcül nəticələrə yol aça biləcəyindən, belə simptomlar yarandıqda təcili olaraq hematoloq həkimə müraciət etmək və uşağın erkən diaqnostikasını təmin etmək vacibdir.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.