Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
374
27.08.2026, 18:28
“Huma Quşu” Təhsilə Yardım Fondu təhsilə dəstək missiyası çərçivəsində ilk dəfə olaraq “Humayın Qarabağ təqaüdü” müsabiqəsini elan edib.
"Bakupost" xəbər verir ki, müsabiqə işğaldan azad edilən ərazilərimizin inkişafına dəstək olmaq, bu torpaqlarda təhsil işığını daha gur yandırmaq məqsədilə Qarabağ Universitetində təhsil alan gənclərimiz üçün nəzərdə tutulub.
Müsabiqə nəticəsində seçiləcək 5 qalibin hər birinə 1000 AZN məbləğində təqaüd təqdim olunacaq.
Təqaüdə müraciət etmək üçün namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
* Azərbaycanda və xaricdə yaşayan Azərbaycan vətəndaşları;
* Müraciət etdikləri vaxt 16-35 yaşı olan şəxslər;
* Yüksək akademik göstəricisi olanlar;
* Ailə üzvlərinin gəliri adambaşına 600 AZN-dən az olanlar (maliyyə sənədlərini təqdim etməklə).
Təqaüdə müraciət etmək istəyənlər ərizə formalarını “Huma Quşu” Fondunun rəsmi saytından (https://humagushu.az/az/Apply) yükləyə bilərlər. Onlayn müraciət formatında cavabların “saxlanılması” üçün müraciət forması (https://humagushu.az/az/essay) doldurulmalıdır.
Sualların cavablandırılması ilə yanaşı [email protected] elektron poçt ünvanına (mövzu hissəsinə təqaüdün adını yazmaqla) aşağıdakı sənədlərin göndərilməsi tələb olunur:
1. Ən yeni qiymət cədvəli;
2. Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və/və ya iş yerindən arayış (əməkhaqqı göstərilməklə);
3. Ailə tərkibi haqqında arayış;
4. Təhsil xərclərini qarşılamaq üçün lazım olan vəsait üzrə məlumat (https://shorturl.at/ctXly).
Müraciət edənlərin nəzərinə çatdırılır ki, sənədlər olmadan edilən onlayn müraciətlər natamam hesab olunacaq. Bütün sənədlər bir elektron məktubda göndərilməlidir. Hər hansı sənəddə düzəlişə ehtiyac yaranarsa, bütün sənədlər yenidən bir məktuba əlavə olunaraq birlikdə göndərilməlidir, əks təqdirdə müraciət qəbul edilməyəcək. Sualların cavablandırılması zamanı AI alətlərindən (ChatGPT, Gemini, Copilot, Jasper AI və s.) istifadə olunmamalıdır. Kart üzrə hesabdan çıxarış maliyyə sənədi hesab edilmir.
E-ərizələrin son təqdimetmə tarixi 31 oktyabr 2026-cı ildir.
Müsabiqənin seçim mərhələlərinə təqdim olunan sənədlərin müzakirəsi, müraciətlərin qiymətləndirilməsi, intervü və qaliblərin elan olunması daxildir.
Təqaüd müsabiqəsinin seçim mərhələlərini fondun saytından izləmək, müraciət prosesi barədə əlavə məlumat üçün [email protected] ünvanına müraciət etmək mümkündür. Müsabiqənin nəticələri noyabr ayının sonlarında açıqlanacaq.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.