Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
524
26.08.2026, 22:53
Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi, milli sənətkarlıq irsinin qorunması və ənənəvi sahələrin vahid idarəetmə mexanizmi ilə yenidən dirçəldilməsi istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin imzaladığı son Fərmanla ölkə iqtisadiyyatının iki mühüm sahəsi — ipəkçilik və xalçaçılıq vahid mərkəzdə birləşdirilib.
İmzalanan sənədə əsasən, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti “Azəripək” Açıq Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil olunacaq. Bununla yanaşı, “Azəripək” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi tamamilə dayandırılıb. Dövlət başçısının qərarı ilə baramaçılığın damazlıq işinin səmərəli təşkili məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyası da bütün əmlakı ilə birlikdə “Azərxalça”nın tabeliyinə verilib. Xatırladaq ki, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.
Ekspertlərin fikrincə, bu islahat xammal istehsalından tutmuş son məhsulun xarici bazarlara çıxarılmasına qədər bütün zəncirin optimallaşdırılmasına şərait yaradacaq. İpəkçilik və xalçaçılığın bir qurumda birləşməsi yerli xammal bazasının möhkəmlənməsinə, regionlarda yeni iş yerlərinin açılmasına və qadın məşğulluğunun artmasına əhəmiyyətli töhfə verəcək.
Məsələ ilə bağlı Oxu24.com a açıqlama verən iqtisadçı ekspert Əli Cabbarov bildirib ki, “Azəripək” və “Azərxalçanın” birləşdirilməsi ölkənin ənənəvi sənaye sahələrində idarəetmə böhranını aradan qaldırmağa və sinergiya effekti yaratmağa hesablanmış son dərəcə düzgün addımdır:
"İllərdir hər iki sahə ayrı-ayrılıqda fəaliyyət göstərirdi və bu da xammal təminatında, eləcə də istehsal zəncirinin qırılmasında müəyyən çətinliklər yaradırdı; indi isə xalçaçılığın inkişafı üçün zəruri olan keyfiyyətli ipək xammalının təminatı birbaşa vahid idarəetmə mərkəzində cəmləşəcək."
Onun sözlərinə görə, Qax Rayon Damazlıq İpəkçilik Stansiyasının bu qurumun tabeliyinə verilməsi seleksiya işlərinin elmi əsaslarla qurulmasına və baramaçılığın dayanıqlı inkişafına güclü təkan verəcək:
"Bu addım təkcə mədəni irsimizin qorunmasına deyil, eyni zamanda qeyri-neft ixracımızın şaxələndirilməsinə mühüm qatqı verəcək, çünki dünya bazarında Azərbaycan ipəyi və əl işi xalçaları hər zaman yüksək qiymətləndirilir və düzgün brendinq siyasəti ilə bu sahədən əldə olunan gəlirləri dəfələrlə artırmaq mümkündür."
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.