Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
421
08.08.2026, 22:59
Paytaxt sakini Bəhruz Alışov Binəqədi rayonu, Görədil bağ massivində yerləşən fərdi yaşayış evinin xəbərdarlıq edilmədən qanunsuz söküldüyünü iddia edib.
Oxu24.com xəbər verir ki, şikayətçi baş verən hadisəyə görə Binəqədi Rayon İcra Hakimiyyətini və Dövlət Şəhərsalma və Arxitektura Komitəsini məsul hesab edir.
"Mənim mülkümü qanunsuz olaraq, məhkəmə qərarı olmadan söküblər. Həmin vaxt Bakıda deyildim, taktiki təlimdəydim, gəlib gördüm ki, evimi vurub dağıdırlar”, – deyə o, söyləyib.
B. Alışovun sözlərinə görə, aidiyyəti qurumlar tərəfindən ona ərazinin Bakı şəhərinin 2040-cı ilin Baş Planına uyğun olaraq ictimai-iaşə obyektləri üçün nəzərdə tutulduğu bildirilib:
"Mənim torpağımın çıxarışı var və "Bir pəncərə” sisteminə sənədlərimi yerləşdirsəm də, imtina gəldi. Bunun səbəbini soruşanda isə deyirlər ki, 2040-cı ilin Baş Planına uyğun olaraq burada iaşə obyektləri nəzərdə tutulub. Mən də götürdüm imtina cavabını "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nə göndərdim ki, Baş nazirin 2023-cü ildə qərarı var və siz mənə 2024-cü ildə çıxarış vermisiniz”.
Mülkiyyət toxunulmazlığı hüququna istinad edən şikayətçi heç bir qurumun onun evinə müdaxilə etmək səlahiyyətinin olmadığını, hüquqlarını qorumaq üçün iddia qaldırdığı məhkəmə prosesində də qalib gəldiyini vurğulayıb. O, rəsmi qurumların söküntü işlərində iştirak etmədiklərini bəyan etmələrinə baxmayaraq, ərazidə texnikaların, maşın nömrələrinin və işi icra edən şəxslərin görüntülərinin mövcud olduğunu diqqətə çatdırıb.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sözügedən ünvanda fərdi yaşayış evinin layihələndirilməsi və tikinti məsələsinə baxılıb:
"Vətəndaş Bəhruz Alışova Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.3-cü maddələrinin tələbləri, həmçinin Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında həmin ərazinin ictimai işgüzar zona kimi müəyyən edildiyi izah olunub. Bununla əlaqədar, B. Alışova layihə və torpaq sahəsinə dair sənədlərlə aidiyyəti üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edilməsi bildirilib”.
Binəqədi Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən ərazi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin Baş Planına əsasən, çoxfunksiyalı ictimai-işgüzar zonaya düşür. Bu səbəbdən həmin ünvanda fərdi yaşayış evinin tikilməsi məqsədəuyğun hesab olunmayıb:
"Həmçinin Bəhruz Alışovun müraciəti müsbət təmin edilmədiyindən o, iddia ərizələri ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Hazırda məhkəmənin icraatında inzibati işlərə baxılır. Bəhruz Alışov Rayon İcra Hakimiyyətində dəfələrlə qəbul edilərək şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri ona ətraflı izah edilib”.
Daha ətraflı "Baku TV”nin materialında:
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.