Yüksək vəzifəli qadın İŞDƏN ÇIXARILDI
03 Noyabr 2026, 10:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
366
07.08.2026, 19:55
Müasir dövrdə bir çox valideynlər övladlarına böyüdükcə heç bir məhdudiyyət qoymamağı, onların hər bir istək və arzusunu anındaca yerinə yetirməyi onlara olan sonsuz sevgi və qayğının əsas göstəricisi hesab edirlər. Lakin mütəxəssislərin fikrincə, uşağın hər bir tələbini qeydsiz-şərtsiz gerçəkləşdirmək, ona həyatı boyunca heç zaman “yox” deməmək və hər addımını həddindən artıq tərifləmək gələcəkdə onun emosional və psixoloji sağlamlığı üçün böyük təhlükə mənbəyinə çevrilir.
Sərhədsiz, qadağasız və davamlı olaraq pərəstiş mühitində böyüyən uşaqlar təəssüf ki, real həyatın çətinlikləri, gözlənilməz sınaqları və mənfi emosiyaları ilə qarşılaşdıqda ciddi psixoloji sarsıntı keçirirlər. Kiçik bir maneə, adi bir imtina və ya adi bir irad belə bu cür uşaqlarda idarəolunmaz emosional partlayışlara və dərin kədərə səbəb olur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, uşağa vaxtında sağlam sərhədlər qoymamaq onun gələcəkdə cəmiyyətə adaptasiya olunmasını çətinləşdirir və şəxsiyyət kimi formalaşmasına ciddi zərbə vurur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən uşaq və yeniyetmə psixoloqu Əyyub Nağıyev bildirib ki, uşaqlara “yox” sözünün deyilməməsi və hər istəyin yerinə yetirilməsi onlarda emosional dözümsüzlük yaradır.
Psixoloq öz praktikasında rast gəldiyi real və təsirli bir müraciəti nümunə gətirərək problemlərin pərdəarxasını belə açıqlayıb:
"Bir dəfə qəbuluma 13 yaşlı bir qız gətirmişdilər. Atası zamanında ona söz veribmiş ki, heç bir zaman qızına 'yox' deməyəcək, nə istəsə – gecə-gündüz, baha-ucuz fərq etməz – mütləq alacaq. Nəticədə qız elə bir emosional vəziyyətə gəlib çıxmışdı ki, seans zamanı anası 'qızım, psixoloq sənə sual verir, başını qaldır, cavab ver' dedikdə, adi bir xəbərdarlığa görə dərhal ağlamağa başladı. Məsələni dərindən araşdıranda məlum oldu ki, bu uşağa həyatı boyu heç zaman 'yox' deyilməyib, heç bir qadağa və ya məhdudiyyət qoyulmayıb”.
Əyyub Nağıyev vurğulayıb ki, bu cür yanlış tərbiyə yanaşması uşağın emosional immun sistemini və psixoloji dözümlülüyünü birbaşa zədələyir:
"Bu şəkildə böyüyən uşaqlarda avtomatik olaraq psixoloji dözümsüzlük yaranır. Onlar mənfi duyguları – kədər, qorxu, təhlükə, hər hansı bir sərhəd anlayışını və ya aqressiyanı yaşamadıqları, hər zaman yalnız məmnun edildikləri üçün gələcəkdə ən kiçik narahatlıq qarşısında belə aciz qalırlar. Həmçinin belə uşaqlar adətən evdə etdikləri hər bir kiçik hərəkətə görə davamlı təriflənən uşaqlar olurlar”.
Psixoloq vurğulayıb ki, 'halaldır', 'yaxşıdır', 'qəşəng etmisən' deyilərək böyüdülən bu uşaqlar cəmiyyət arasına çıxdıqda və gözlədikləri tərifi görmədikdə, yaxud imtina ilə üzləşdikdə dərin psixoloji krizislər yaşayırlar:
“Valideynlər unutmamalıdırlar ki, uşağa vaxtında 'yox' demək onu cəmiyyətə və real həyata hazırlamağın ən vacib addımlarından biridir”.
Çimnaz Telmanqızı
10:39 / 03 Noyabr 2026
1
10:30 / 03 Noyabr 2026
13
10:27 / 03 Noyabr 2026
44
10:24 / 03 Noyabr 2026
40
10:20 / 03 Noyabr 2026
56
10:17 / 03 Noyabr 2026
75
10:01 / 03 Noyabr 2026
214
10:00 / 03 Noyabr 2026
71
09:58 / 03 Noyabr 2026
68
09:31 / 03 Noyabr 2026
70
09:29 / 03 Noyabr 2026
71
09:28 / 03 Noyabr 2026
81
07:35 / 03 Noyabr 2026
158
06:33 / 03 Noyabr 2026
172
03:05 / 03 Noyabr 2026
478
02:30 / 03 Noyabr 2026
553
01:55 / 03 Noyabr 2026
278
00:25 / 03 Noyabr 2026
212
00:20 / 03 Noyabr 2026
492
00:15 / 03 Noyabr 2026
342
00:15 / 03 Noyabr 2026
217
00:06 / 03 Noyabr 2026
441
23:44 / 02 Noyabr 2026
381
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.