ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
384
07.08.2026, 13:52
Millət vəkili Fazil Mustafa yazır:
Maraqlıdır, son yazılarımın hansısa birində ümumiyyətlə Şah İsmayıl adı çəkilməyib və sadəcə tariximizin fərqli dövrlərindəki düşüncələrin, ideologiyaların izahı, onların ziddiyətli məqamları publisistik şəkildə ifadə edilib. Görən mövzunu fərdiləşdirmənin düyməsi haradan basılıb? Baxıram siyasətçisindən, jurnalistindən, ictimai şəxslərdən tutmuş sıradan insanlara qədər hamısı xorla "Şah Babam" deyib haray çəkir, veriliş düzənləyir, ağıl öyrədir, təhqir edir. Oradan da bir İran generalı haray çəkir ki, sizin deyil, bizim "Şah babamızdır! Çünki onun ideallarını yaşadan bizik". İndi buyurub bir-birinizlə razborkanızı davam etdirin, qaranlıq keçmişin mirasına birlikdə barış içində sahib çıxın. Bu da sizin haqqınızdır, sizə inanların haqqıdır. Mən sadəcə inancla deyil ağılla mühakimə edən soydaşlarıma üz tutub deyirəm ki: "Şəhadət gətirirəm ki, millətimizn ən şərəfli tarixi milli dövlət qurduğumuz tarixdir, Azərbaycan Xalq Cümhuriyyətidir! Bizdən də sayı çox olan, sizdən daha artıq şahsevən olan 30 milyondan artıq soydaşımız məhz bu ideoloji zəmindən qopa bilmədiyinə görə müstəqilliyin nemətini dada bilməmişlər" Yenə də mən deyirəm: "Milli, müstəqil, dünyəvi dövlətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadədir! Onu da bütləşdirmədən, mükəmməl irsini öyrənin ki, bu dövlətə irəlidə zaval gəlməsin".
Burada mübahisəlik bir məqam qaldımı? Öz xorunuzdur, öz gorunuzdur, bizə bunun nə aidiyyatı?
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.