Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
379
07.08.2026, 12:45
Yeni tikilən binalardan mənzil əldə etmək istəyən vətəndaşlar tez-tez müxtəlif texniki və hüquqi problemlərlə qarşılaşırlar. Ən çox rast gəlinən məsələlərdən biri Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən evlərin kvadratmetrinin necə hesablanması ilə bağlıdır. Bir çox tikinti şirkətləri mənzilin sahəsini daxildən deyil, çöldən-çölə ölçərək alıcılara daha böyük kvadratmetr göstərməyə çalışırlar. Bu hal vətəndaşların əlavə maliyyə itkisinə məruz qalmasına və faktiki istifadə etmədikləri sahə üçün ödəniş etməsinə gətirib çıxarır. Bəs MTK-ların mənzil sahəsini bu qaydada ölçməsi nə dərəcədə qanunidir və qanunvericilik bu barədə nə deyir? Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Elmar İbrahimov bildirib ki, mənzil sahəsinin çöldən-çölə ölçülməsi tamamilə qanunsuzdur və qadağandır.
Mütəxəssis vurğulayıb ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi bu məsələni dəqiq tənzimləyir:
"Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları qanunla müəyyən edilir. Məcəllənin 59.2-ci maddəsində göstərilir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinə otaqların, lojiyaların, eyvanların, şüşəbəndlərin və terasların sahəsi daxildir”.
Vəkilin sözlərinə görə, eyni Məcəllənin 59.3-cü maddəsində açıq şəkildə qeyd olunur ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi ara və xarici divarların, habelə mühəndis qurğularının yerləşdiyi sahələr nəzərə alınmadan hesablanmalıdır.
Elmar İbrahimov ev alarkən aldanmamaq üçün vətəndaşlara hüquqlarını bilməyi və müqavilə bağlayarkən mənzil sahəsinin daxili ölçülər üzrə hesablanmasına xüsusi diqqət yetirməyi tövsiyə edib.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.