Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
674
05.08.2026, 21:24
Azərbaycanda avqustun 1-dən kartdan-karta köçürmələr üzrə yeni məhdudiyyətlər tətbiq edilməyə başlasa da, bu qaydalar hələlik bütün banklarda icra olunmur.
Oxu24.com məlumatına görə, yeni qaydalara əsasən kartdan-karta köçürmələr üzrə gündə maksimum 5 çıxış və 5 mədaxil əməliyyatına, aylıq isə 20 min manat məbləğində limit müəyyən edilib. Eyni zamanda, vətəndaşın öz adına olan kartlar arasında aparılan köçürmələr bu məhdudiyyətlərdən kənarda saxlanılıb.
Bu fonda əməkdaşımız "Kapital Bank"ın Zabrat qəsəbəsində yerləşən bankomatının dünəndən etibarən işləməməsi ilə bağlı araşdırma apararkən "Birbank"ın nümayəndəsi ilə də həmsöhbət olub. Bank nümayəndəsi bankomatın fəaliyyətində yaranmış problemlə bağlı müraciətin aidiyyəti üzrə yönləndirildiyini bildirib: "Bankomatla bağlı qeyd etdiyiniz çətinlik aidiyyəti üzrə yönləndirildi. Bununla yanaşı, hazırda bankımız tərəfindən kartdan-karta köçürmələr üzrə gündəlik əməliyyat limiti tətbiq edilmir. Bu sahədə hər hansı dəyişiklik olacağı təqdirdə, bankımız tərəfindən müştərilərimizə əlavə məlumat veriləcəkdir".
Məsələnin aktuallığını nəzərə alaraq AFN.az digər banklardakı durumu da öyrənməyə çalışıb. Bir neçə banka edilən zənglər cavabsız qalsa da, Azərbaycan Beynəlxalq Bankından (ABB) bildirilib ki, yeni limitlər onların kartlarına da hələlik tətbiq edilmir.
"Bizə bununla bağlı rəsmi qərar daxil olmayıb. Belə bir qərar olarsa, müştərilərimizə məlumat veriləcək", – deyə ABB-dən qeyd olunub.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.