"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
815
03.08.2026, 15:36
Yaxın aylarda dünya bazarında qızılın unsiyasının qiyməti 3 900-4 400 ABŞ dolları arasında dəyişə bilər.
Bunu "Report"a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib.
Qızılın investisiya əhəmiyyəti zəifləyir?
Onun sözlərinə görə, son dövrdə beynəlxalq bazarlarda qızılın qiymətində müşahidə olunan azalma bu qiymətli metalın uzunmüddətli iqtisadi və investisiya əhəmiyyətinin zəifləməsi kimi qiymətləndirilməməlidir: "Mövcud dinamika daha çox əvvəlki sürətli bahalaşmadan sonra investorların mənfəəti realizə etməsi, bazar mövqelərini yenidən nəzərdən keçirməsi və yeni qiymət səviyyəsinin formalaşması ilə əlaqədardır.
Qızılın qiymətinə təsir göstərən əsas amillər sırasında ABŞ dollarının möhkəmlənməsi, dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi və aparıcı mərkəzi bankların pul-kredit siyasəti ilə bağlı gözləntilər xüsusi yer tutur. Qızıl faiz gəliri yaratmayan aktiv olduğundan, faiz dərəcələrinin yüksək qaldığı şəraitdə investorların vəsaitlərinin müəyyən hissəsi gəlir gətirən maliyyə alətlərinə yönələ bilər. Bu isə qızıla olan qısamüddətli investisiya tələbinin zəifləməsinə səbəb ola bilər".
R.Əmircanov qeyd edib ki, siyasi və iqtisadi qeyri-müəyyənliyin qızıl bazarına təsiri birmənalı deyil: "Belə şəraitdə təhlükəsiz aktivlərə tələbin artması qızılın qiymətini dəstəkləyir. Digər tərəfdən, enerji daşıyıcılarının bahalaşması və inflyasiya gözləntilərinin yüksəlməsi faiz dərəcələrinin daha uzun müddət yüksək saxlanılması ehtimalını gücləndirə bilər. Bu isə qızılın investisiya cəlbediciliyinə məhdudlaşdırıcı təsir göstərir".
Azərbaycanın pərakəndə satış seqmentində vəziyyət
Onun sözlərinə görə, dünya bazarında qızılın qiymətində baş verən dəyişikliklər Azərbaycan bazarındakı qiymətlərə mərhələli şəkildə ötürülür: "Buna görə də qızılın beynəlxalq bazarda ucuzlaşmasının zərgərlik məmulatlarının pərakəndə satış qiymətlərində dərhal və eyni dinamika ilə əks olunması gözlənilməməlidir. Azərbaycanda hazırda pərakəndə satış seqmentində bütün əyar kateqoriyaları üzrə qiymətlər əvvəlki dövrlə müqayisədə azalıb. Belə ki, 585 əyarlı qızıl məmulatlarının satış qiyməti 150-180 manat, 750 əyarlı qızıl məmulatlarının qiyməti 190-230 manat, 999,9 əyarlı qızıl məmulatlarının satış qiyməti isə 250-290 manat intervalında dəyişir".
İqtisadçı vurğulayıb ki, zərgərlik məmulatının satış qiyməti yalnız onun tərkibindəki qiymətli metalın cari bazar dəyərinə əsasən formalaşmır: "Məmulatın çəkisi və əyarı, istehsal və emal xərcləri, qiymətli daşların dəyəri, idxal və logistika xərcləri, eləcə də ticarət marjası son satış qiymətinə təsir göstərir. Qiymətlərin azalması istehlakçı davranışına müxtəlif istiqamətlərdə təsir göstərə bilər. Əvvəlki yüksək qiymətlər səbəbindən alış qərarını təxirə salmış istehlakçıların bir hissəsi mövcud şəraiti daha münasib alış imkanı kimi dəyərləndirə bilər. Eyni zamanda qiymətlərin daha da aşağı düşəcəyini gözləyən alıcılar alış qərarlarını yenidən təxirə sala bilərlər".
Sahibkarlar üçün imkanlar və risklər
R.Əmircanovun sözlərinə görə, mövcud vəziyyət sahibkarlıq subyektləri üçün həm imkanlar, həm də risklər yaradır: "Yüksək maya dəyəri ilə formalaşdırılmış məmulat ehtiyatları qiymətlərin azaldığı dövrdə satış marjasının daralmasına səbəb ola bilər. Digər tərəfdən, daha aşağı qiymətlərlə yeni tədarük imkanlarının yaranması məhsul çeşidinin yenilənməsinə və dövriyyə kapitalından daha səmərəli istifadəyə şərait yaradır. Qarşıdakı dövrdə qızıl bazarında kəskin və davamlı şəkildə yalnız bir istiqamətdə hərəkətdən daha çox, makroiqtisadi göstəricilərə və beynəlxalq proseslərə həssas qiymət dəyişkənliyinin davam etməsi ehtimalı yüksəkdir. ABŞ dollarının məzənnəsi, faiz dərəcələri, dövlət istiqrazlarının gəlirliliyi, inflyasiya göstəriciləri və mərkəzi bankların qərarları qısamüddətli qiymət dinamikasına təsir göstərən əsas amillər olaraq qalacaq".
İqtisadçının fikrincə, ümumilikdə, beynəlxalq bazarda qiymətlərin sabitləşməsi daxili bazarda alış fəallığının tədricən bərpasına şərait yarada bilər: "Bununla belə, qlobal iqtisadi və siyasi proseslərdə baş verəcək dəyişikliklər qızıl bazarında qiymət dalğalanmalarının davam etməsi ehtimalını gündəmdə saxlayır".
"Qızıl orta və uzunmüddətli dövrdə strateji aktiv kimi mövqeyini qoruyub saxlayır. "Bu səbəbdən hazırkı eniş bazarda ehtiyatlılıq yaratsa da, qızıla olan fundamental marağın tam zəifləməsi kimi qiymətləndirilməməlidir", - deyə sədr müavini əlavə edib.
03:05 / 13 Oktyabr 2026
36
01:20 / 13 Oktyabr 2026
102
00:44 / 13 Oktyabr 2026
686
00:38 / 13 Oktyabr 2026
174
00:35 / 13 Oktyabr 2026
507
00:33 / 13 Oktyabr 2026
120
00:13 / 13 Oktyabr 2026
146
00:08 / 13 Oktyabr 2026
286
00:07 / 13 Oktyabr 2026
213
00:05 / 13 Oktyabr 2026
160
23:56 / 12 Oktyabr 2026
112
23:49 / 12 Oktyabr 2026
207
23:46 / 12 Oktyabr 2026
988
23:32 / 12 Oktyabr 2026
145
23:25 / 12 Oktyabr 2026
122
23:17 / 12 Oktyabr 2026
163
23:16 / 12 Oktyabr 2026
125
23:14 / 12 Oktyabr 2026
219
23:04 / 12 Oktyabr 2026
99
23:04 / 12 Oktyabr 2026
1319
23:01 / 12 Oktyabr 2026
151
22:54 / 12 Oktyabr 2026
148
22:43 / 12 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.