Emin Ağalarov 99 milyon dollarlıq LAYİHƏ EDƏCƏK
09 Noyabr 2026, 15:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
444
24.07.2026, 23:28
"Qəlbim hər zaman Azərbaycan və Türkiyə üçün eyni sevgi ilə döyünəcək".
Oxu24.com xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılan Rəşad Məmmədov diplomatik missiyasını başa vurması ilə əlaqədar paylaşımında bildirib.
R.Məmmədov ilk növbədə ona bu yüksək və məsuliyyətli missiyanı etibar etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını ifadə edib. O, göstərilən ali etimadı doğrultmaq üçün bütün gücü və məsuliyyət hissi ilə çalışmağa səy göstərdiyini vurğulayıb.
Səfir qeyd edib ki, diplomatik fəaliyyətini bundan sonra Azərbaycanın Özbəkistandakı səfiri kimi davam etdirəcəyindən xüsusi məmnunluq duyur.
"Qardaş Türkiyədə keçirdiyim illər mənim üçün təkcə diplomatik fəaliyyət dövrü deyil, həm də ömrümün ən şərəfli və unudulmaz səhifələrindən biri oldu. "Bir millət, iki dövlət" fəlsəfəsinin gündəlik həyatda necə yaşandığını görmək, Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə əlimdən gəldiyi qədər töhfə vermək mənim üçün böyük qürur mənbəyidir", – deyə o bildirib.
Rəşad Məmmədov fəaliyyəti dövründə göstərilən dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyə dövlət rəsmilərinə, diplomatik korpusun nümayəndələrinə, media mənsublarına, elm, mədəniyyət və iş dünyasının təmsilçilərinə, eləcə də Türkiyə xalqına təşəkkürünü ifadə edib.
O, həmçinin Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı soydaşlara minnətdarlığını bildirərək, onların dövlətə bağlılığının, həmrəyliyinin və sevgisinin hər zaman əlavə güc verdiyini qeyd edib.
"Diplomatik missiyalar başa çatsa da, dostluqlar, qardaşlıq və Vətənə xidmət məsuliyyəti əbədi olaraq qalır. Qəlbim hər zaman Azərbaycan və Türkiyə üçün eyni sevgi ilə döyünəcək. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!" – deyə Türkiyədən geri çağırılan səfir paylaşımını tamamlayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Rəşad Məmmədov 26 iyul 2021-ci ildən Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışırdı.
15:54 / 09 Noyabr 2026
41
15:49 / 09 Noyabr 2026
45
15:47 / 09 Noyabr 2026
72
15:45 / 09 Noyabr 2026
83
15:40 / 09 Noyabr 2026
116
15:34 / 09 Noyabr 2026
60
15:23 / 09 Noyabr 2026
79
15:13 / 09 Noyabr 2026
92
15:05 / 09 Noyabr 2026
412
15:00 / 09 Noyabr 2026
109
14:58 / 09 Noyabr 2026
85
14:55 / 09 Noyabr 2026
104
14:42 / 09 Noyabr 2026
94
14:37 / 09 Noyabr 2026
92
14:29 / 09 Noyabr 2026
406
14:22 / 09 Noyabr 2026
230
14:17 / 09 Noyabr 2026
105
14:06 / 09 Noyabr 2026
1190
14:04 / 09 Noyabr 2026
126
13:44 / 09 Noyabr 2026
903
13:21 / 09 Noyabr 2026
138
13:11 / 09 Noyabr 2026
373
12:57 / 09 Noyabr 2026
1997
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.