Azərbaycanda bunu edənlər 10 min manat CƏRİMƏLƏNƏCƏK
10 Noyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
522
18.06.2026, 22:08
Yaşlı valideynlərə qulluq məsələsi həm mənəvi, həm də hüquqi baxımdan cəmiyyət üçün mühüm mövzulardan biridir. Ailə münasibətlərində bu məsələ çox vaxt övladların vicdani məsuliyyəti kimi qəbul olunsa da, qanunvericilikdə də müəyyən öhdəliklər nəzərdə tutulur. Bəs, yaşlı valideynlərə qayğı və təminat öhdəliyi hüquqi baxımdan necə tənzimlənir və tərəflərin hüquq və vəzifələri hansı çərçivədə müəyyən edilir?
Oxu24.com mövzu ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, yetkinlik yaşına çatmış övladların valideynlərlə bağlı əlavə xərclərdə iştirakı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 83-cü maddəsi ilə tənzimlənir.
“Yetkinlik yaşına çatmış övladlar əmək qabiliyyəti olmayan valideynlərini maddi cəhətdən təmin etmədikdə və valideynlər ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq göstərilməsi üçün kənar şəxslərin xidmətindən istifadə edilməsinə və bununla bağlı ödəniş edilməsinə ehtiyac yarandıqda, eləcə də digər müstəsna hallar mövcud olduqda, onlar məhkəmə qaydasında həmin vəziyyətlərdən irəli gələn əlavə xərclərin ödənilməsinə cəlb oluna bilərlər”.
Ekspert bildirib ki, yetkinlik yaşına çatmış övladların hər biri tərəfindən ödənilməli olan əlavə xərclərin məbləği və ödəniş qaydası məhkəmə tərəfindən müəyyən edilir.
“Bu zaman valideynlərin və övladların maddi vəziyyəti, ailə şəraiti, sosial durumu və iş üzrə əhəmiyyət kəsb edən digər hallar nəzərə alınır. Həmin məsələlər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.3–82.6-cı maddələrinin tələblərinə uyğun şəkildə tənzimlənir. Bununla yanaşı, əlavə xərclərin ödənilməsi qaydası və həmin xərclərin məbləği tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış sazişlə də müəyyən edilə bilər”.
Beləliklə, yaşlı valideynlərin maddi təminatı və qayğı hüququ qanunvericilik tərəfindən ciddi şəkildə qorunur. Övladların mənəvi borcu sayılan bu məsələ hüquqi öhdəlik kimi cəmiyyətdə sosial məsuliyyəti artırır. Qanunun bu tələbi yaşlı şəxslərin çətin dövrlərdə dövlət və ailə tərəfindən müdafiə olunmasını təmin edir.
16:55 / 10 Noyabr 2026
43
16:47 / 10 Noyabr 2026
48
16:41 / 10 Noyabr 2026
58
16:35 / 10 Noyabr 2026
74
16:21 / 10 Noyabr 2026
95
16:12 / 10 Noyabr 2026
155
15:58 / 10 Noyabr 2026
93
15:44 / 10 Noyabr 2026
183
15:34 / 10 Noyabr 2026
285
15:31 / 10 Noyabr 2026
89
15:25 / 10 Noyabr 2026
128
15:22 / 10 Noyabr 2026
105
14:58 / 10 Noyabr 2026
2485
14:55 / 10 Noyabr 2026
468
14:48 / 10 Noyabr 2026
421
14:23 / 10 Noyabr 2026
528
14:20 / 10 Noyabr 2026
901
14:09 / 10 Noyabr 2026
237
14:00 / 10 Noyabr 2026
909
13:44 / 10 Noyabr 2026
143
13:38 / 10 Noyabr 2026
401
13:26 / 10 Noyabr 2026
1801
13:24 / 10 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.