Sabiq məmur doğum günündə vəfat etdi
10 Noyabr 2026, 17:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
647
18.06.2026, 16:04
Azərbaycanlı iş adamı Qod Nisanov Sankt-Peterburqda inşa olunacaq yeni pravoslav kilsəsinin tikintisini maliyyələşdirəcək.
Oxu24.com Musavat.com-a istinadla xəbər verir ki, söhbət Müqəddəs İoann Kronshtadtskinin şərəfinə tikiləcək məbəddən gedir. Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill iyunun 14-də kilsənin təməl daşını təqdis edib. Mərasim Sankt-Peterburqda, Karpovka sahilində keçirilib.
Layihənin hazırlanmasına 2026-cı ilin martında başlanılıb. Təməlqoyma mərasimində azərbaycanlı iş adamı Qod Nisanov da iştirak edib. Dördpendirli pizza
Yeni pravoslav kilsəsinin 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Məbəd təxminən 3,5 min kvadratmetr ərazidə inşa olunacaq. Hazırda kilsənin tikintisi ilə bağlı təşkilati və texniki mərhələ davam edir.
Qod Nisanov “Kiyevskaya Ploşad” şirkətinin Direktorlar Şurasının sədridir. O, Rusiyada iri biznes layihələri ilə yanaşı, sosial və xeyriyyə təşəbbüslərinə də dəstək göstərməsi ilə tanınır.
Nisanovun şirkəti daha əvvəl Sankt-Peterburqda Probir Palatasının binasında idman kompleksinin yaradılmasına maliyyə ayırıb. Həmin kompleks 2026-cı ilin fevralında istifadəyə verilib.
Bu ilin aprelində Qod Nisanova şəhərin ictimai həyatına və xeyriyyə layihələrinə verdiyi töhfələrə görə “Sankt-Peterburqun fəxri xeyriyyəçisi” adı təqdim olunub.
17:16 / 10 Noyabr 2026
26
17:10 / 10 Noyabr 2026
47
17:06 / 10 Noyabr 2026
67
16:55 / 10 Noyabr 2026
177
16:47 / 10 Noyabr 2026
66
16:41 / 10 Noyabr 2026
70
16:35 / 10 Noyabr 2026
88
16:21 / 10 Noyabr 2026
109
16:12 / 10 Noyabr 2026
190
15:58 / 10 Noyabr 2026
106
15:44 / 10 Noyabr 2026
197
15:34 / 10 Noyabr 2026
315
15:31 / 10 Noyabr 2026
95
15:25 / 10 Noyabr 2026
134
15:22 / 10 Noyabr 2026
109
14:58 / 10 Noyabr 2026
2871
14:55 / 10 Noyabr 2026
543
14:48 / 10 Noyabr 2026
478
14:23 / 10 Noyabr 2026
575
14:20 / 10 Noyabr 2026
951
14:09 / 10 Noyabr 2026
309
14:00 / 10 Noyabr 2026
937
13:44 / 10 Noyabr 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.