AYB-də bu tarixdə QURULTAY olacaq
18 İyun 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
127
18.06.2026, 10:28
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), taksi sifarişi operatorlarının iştirakı ilə "Digital Finance" layihəsinin icrasına başlanılıb.
Oxu24.com AYNA-ya istinadən xəbər verir ki, İRİA-nın dəstəyi ilə həyata keçirilən "Digital Finance" layihəsi çərçivəsində iki böyük taksi sifarişi operatorunda ("Bolt" və "Uber/Yango") yeni rəqəmsal həll tətbiq edilib.
Yeni sistem taksi bazarında şəffaflığın artırılması, sənədlərin yoxlanılması prosesinin avtomatlaşdırılması, sürücülərə dair tələblərə nəzarətin gücləndirilməsi və sərnişinlər üçün təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.
Layihənin məqsədi operatorların mobil tətbiqlərində yeni sürücü qeydiyyatı zamanı "Xüsusi hazırlıq şəhadətnaməsi" və "Buraxılış kartı" məlumatlarının texnoloji həll vasitəsilə real vaxt rejimində avtomatik yoxlanılmasının təmin edilməsidir.
Əlavə olaraq, sürücülərin "Xüsusi hazırlıq şəhadətnaməsi" məlumatlarının paylaşılmasına dair öz "myGov" kabinetləri üzərindən razılıq vermələri tələb olunur.
Qeyd edək ki, indiyədək yeni sürücü qeydiyyatı zamanı "Xüsusi hazırlıq şəhadətnaməsi" və "Buraxılış kartı" məlumatlarının yoxlanılması prosesi taksi sifarişi operatorları tərəfindən avtomatik deyil, əl ilə icra edilirdi. Bu isə buraxılış kartı olmadan və təlimdən keçməyən sürücülərin asanlıqla qeydiyyatdan keçərək taksi sifarişi operatorlarının sistemlərində sürücü profili yaratmaqla fəaliyyət göstərmələrinə imkan verirdi. İndi isə qeyd olunan sənədlərin mövcudluğu yaradılmış inteqrasiya əsasında yoxlanılacaq, sözügedən sənəd və icazələri olmayan şəxslər sürücü kimi fəaliyyət göstərə bilməyəcəklər.
15:31 / 18 İyun 2026
25
15:30 / 18 İyun 2026
31
15:23 / 18 İyun 2026
37
15:20 / 18 İyun 2026
166
15:14 / 18 İyun 2026
49
15:03 / 18 İyun 2026
66
15:01 / 18 İyun 2026
58
14:54 / 18 İyun 2026
70
14:52 / 18 İyun 2026
57
14:34 / 18 İyun 2026
1081
14:30 / 18 İyun 2026
71
13:51 / 18 İyun 2026
86
13:44 / 18 İyun 2026
66
13:42 / 18 İyun 2026
74
13:16 / 18 İyun 2026
78
13:12 / 18 İyun 2026
88
12:58 / 18 İyun 2026
96
12:58 / 18 İyun 2026
76
12:51 / 18 İyun 2026
91
12:47 / 18 İyun 2026
93
12:42 / 18 İyun 2026
91
12:31 / 18 İyun 2026
317
12:28 / 18 İyun 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.