General şəhid oğlunun toyunda belə RƏQS ETDİ -VİDEO
10 Noyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1428
16.06.2026, 08:32
Pensiyanın hər üç növü - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar üzrə sığorta göstəricilərinə əsaslanan ayrıca hesablanma qaydaları mövcuddur. Eyni zamanda, vətəndaşın bu pensiya növlərindən bir neçəsini almaq hüququ varsa, o, öz seçimi ilə bir pensiya növündən digərinə keçə bilər.
Oxu24.com xəbər verir ki, bunu DOST TV-də yayımlanan “Sosial saat” verilişində Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri Eyvaz İsmayılov bildirib.
O qeyd edib ki, əlilliyə görə pensiya alan şəxs yaşa görə pensiyaya, yaşa görə pensiya alan şəxs ailə başçısını itirməyə görə pensiyaya, yaxud əksinə, ailə başçısını itirməyə görə pensiya alan şəxs yaşa və ya əlilliyə görə pensiyaya keçmək hüququna malikdir:
"Pensiya növlərinin hesablanma qaydaları fərqli olduğundan, bir növdən digərinə keçid zamanı vətəndaşın mövcud sığorta göstəriciləri əsasında yenidən hesablanma aparılır. Məsələn, əlilliyə görə pensiya alan şəxs yaşa görə pensiyaya keçmək istədikdə, onun yaşa görə pensiya hüququ və məbləği yenidən müəyyənləşdirilir.
Əgər yeni hesablanmış yaşa görə pensiyanın məbləği vətəndaşın hazırda aldığı əlilliyə görə pensiyadan yüksəkdirsə, həmin pensiya növünə keçid məqsədəuyğun hesab olunur və pensiya bu əsasla təyin edilir. Əks halda, vətəndaş daha yüksək məbləğli pensiyanı seçmək hüququnu saxlayır".
Departament müdiri onu da diqqətə çatdırıb ki, praktikada nəzərə alınmalı vacib məqamlardan biri də pensiyaların hər il indeksləşdirilməsidir:
"Pensiya təyin edildikdən sonra onun məbləği indeksasiya yolu ilə artırılır. Məsələn, şəxs uzun müddət əvvəl əlilliyə görə pensiyaya çıxıbsa, həmin pensiya illər ərzində indeksləşdirilərək artırılıb. Lakin o, sonradan yaşa görə pensiyaya keçərsə, yeni təyin olunan pensiya üzrə indeksləşmə yalnız həmin pensiyanın təyin edildiyi tarixdən sonrakı dövr üçün tətbiq olunacaq.
Bu səbəbdən bəzi hallarda əlilliyə görə pensiyanın məbləği yaşa görə hesablanmış pensiyadan daha yüksək ola bilər və vətəndaş pensiya növünü dəyişməyi məqsədəuyğun hesab etməyə bilər. Bununla belə, qanunvericiliyə əsasən, vətəndaşın bir pensiya növündən digərinə keçməsinə hər hansı məhdudiyyət qoyulmayıb. Şəxs istənilən vaxt müraciət edərək pensiyasının növünün dəyişdirilməsini tələb edə bilər", - deyə E.İsmayılov əlavə edib.
19:06 / 10 Noyabr 2026
32
18:58 / 10 Noyabr 2026
108
18:56 / 10 Noyabr 2026
56
18:39 / 10 Noyabr 2026
88
18:26 / 10 Noyabr 2026
129
18:25 / 10 Noyabr 2026
118
18:19 / 10 Noyabr 2026
111
18:17 / 10 Noyabr 2026
88
18:04 / 10 Noyabr 2026
104
18:02 / 10 Noyabr 2026
978
17:54 / 10 Noyabr 2026
111
17:42 / 10 Noyabr 2026
124
17:35 / 10 Noyabr 2026
102
17:16 / 10 Noyabr 2026
388
17:10 / 10 Noyabr 2026
147
17:06 / 10 Noyabr 2026
227
16:55 / 10 Noyabr 2026
783
16:47 / 10 Noyabr 2026
116
16:41 / 10 Noyabr 2026
109
16:35 / 10 Noyabr 2026
196
16:21 / 10 Noyabr 2026
194
16:12 / 10 Noyabr 2026
321
15:58 / 10 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.