Qaynar xətt:

(+99450) 247 90 86

Bu ərzaqların qiyməti qalxdı 

Bu ərzaqların qiyməti qalxdı 

CƏMİYYƏT

610

14.06.2026, 21:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin may ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb.

Oxu24.com  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb.

.

Bununla yanaşı, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8%, ət və ət məhsulları 0,5% bahalaşıb. Digər məhsul qruplarından süd və süd məhsulları, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər üzrə qiymətlər 0,4% artıb. Çörək, çörək məmulatları və yarmalar, eləcə də alkoqollu içkilər isə 0,2% bahalaşıb.

Hesabat ayında ən çox ucuzlaşma tərəvəzərin qiymətində qeydə alınıb. Belə ki, may ayında tərəvəzlərin qiyməti aprel ayı ilə müqayisədə 3,1% azalıb. Yumurta 1,8%, balıq və balıq məhsulları isə 0,4% ucuzlaşıb. Tütün məmulatlarının qiymətləri isə ötən ay dəyişməz olaraq qalıb.

Qeyd edək ki, cari ilin may ayında illik inflyasiya 5,6%, aylıq inflyasiya isə 0,1% təşkil edib.