Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ
13 İyun 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
74
13.06.2026, 19:22
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Krallığı Senatının sədr müavini Thun Vathana ilə görüşüb.
Oxu24.com xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbaycan və Kambocanın dost ölkələr olduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan müsbət siyasi dialoqun bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığı bildirilib.
Azərbaycan və Kambocanın BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyindən və tərəflər arasında mövcud olan səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Söhbət zamanı ölkələr arasında əlaqələrin dərinləşməsində parlamentlərin rolu qeyd olunub. Milli Məclisin sədri Sahibə Qafarova özünün Kambocaya rəsmi səfərini və səfər zamanı bu ölkənin Baş naziri, Milli Assambleyanın və Senatın sədrləri ilə görüşlərini xatırladaraq, Milli Məclislə Kamboca Milli Assambleyası arasında imzalanmış Anlaşma Memorandumunun önəmini də vurğulayıb. Həmçinin, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyəti, hər iki tərəfdən nümayəndələrin Azərbaycan və Kambocada təşkil edilən tədbirlərdə iştirakı qeyd edilib. Spiker beynəlxalq parlament təşkilatlarında, xüsusilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində, həmçinin ASEAN Parlament Assambleyasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Qonaq ölkəsinin Azərbaycanla bir çox sahələrdə, o cümlədən parlamentlər çərçivəsində əlaqələrə böyük əhəmiyyət verdiyini qeyd edib. Qonaq bu kontekstdə qarşılıqlı səfərlərin, həmçinin hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının əməkdaşlığının rolunu qeyd edib.
Görüşdə bu səfərin Yeni Azərbaycan Partiyasının Şuşada keçirəcəyi “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransda iştirak məqsədilə həyata keçirildiyi qeyd olunaraq, ölkələrimizin siyasi partiyaları arasında da əməkdaşlığın olması müsbət qiymətləndirilib. Spiker Sahibə Qafarova tədbirdə iştirak edəcək qonaqların Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfəri zamanı orada aparılan nəhəng quruculuq işləri ilə tanış olacaqlarını da söyləyib. O, Azərbaycan torpaqlarının 30 illik işğalı və işğaldan azad edilməsi haqqında qonağa məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
21:02 / 13 İyun 2026
10
20:53 / 13 İyun 2026
40
20:12 / 13 İyun 2026
248
20:06 / 13 İyun 2026
573
19:54 / 13 İyun 2026
94
19:37 / 13 İyun 2026
75
19:27 / 13 İyun 2026
102
19:00 / 13 İyun 2026
79
18:34 / 13 İyun 2026
65
18:17 / 13 İyun 2026
109
18:04 / 13 İyun 2026
115
17:58 / 13 İyun 2026
98
14:35 / 13 İyun 2026
474
14:20 / 13 İyun 2026
2184
14:12 / 13 İyun 2026
882
14:09 / 13 İyun 2026
113
12:35 / 13 İyun 2026
120
12:32 / 13 İyun 2026
136
12:30 / 13 İyun 2026
164
11:45 / 13 İyun 2026
126
11:43 / 13 İyun 2026
139
10:37 / 13 İyun 2026
169
10:34 / 13 İyun 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.